Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təzyiqin aşağı salınmasının ən sadə üsulu

Ən sadə üsul 7-9 saat yuxulamaqdır

Arterial təzyiqin aşağı salınmasının ən sadə üsulu 7-9 saat yuxulamaqdır. Arizona Universitetindən olan mütəxəssislər bu qənaətə gəliblər.

Pia.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçıların fikrincə təzyiqin qalxmasının səbəblərindən biri də pis yatmaq və ya doyunca yatmamaqdır. Yaşı 45-ə yaxın olan 300 könüllü üzərində aparılan yeni eksperimentin gedişində alimlər yuxunun müxtəlif mərhələsinin orqanizmə effektli təsirini öyrəniblər.

Xüsusi qolbaqların köməyi ilə tədqiqatçılar sınaq iştirakçılarının vəziyyətini müəyyən ediblər. Nəticədə məlum olub ki, cihaz pis yatanlarda yüksək sistolik təzyiqi təyin edib. Bununla bərabər, yuxu hipotoniklərə təzyiqin normallaşmasında yardım edib, yəni onun nə artmasına, nə də azalmasına səbəb olub.

Nəticədə alimlər belə qənaətə gəliblər ki, təzyiqin normallaşdırılması üçün saat 23.00-dan gec olmayaraq uzanmaq və 7-9 saat yatmaq vacibdir. Bu zaman mobil qurğuları söndürmək, pərdələri sıx örtmək məsləhət görülür. Bu, yuxu hormonu deyilən melatoninin fəal şəkildə yaranmasına kömək olur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar