Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tənha insanlara xidmət göstərənlər sərbəst hərəkət edəcək - Rəsmi

Himayəsində olan şəxslərə xidmət göstərən vətəndaşların xüsusi karantin rejimi dövründə evdən icazəsiz çıxması sərbəstdir...

PİA.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

“Tənha insanlar var ki, fiziki imkanlarına görə evdən çıxa bilmirlər, hətta onların evdən çıxmaları da qadağandır. Amma onlara xidmət göstərən adamlar var. Yəni indiyə qədər xidmət göstəriblər. Bəziləri 3-5 il xidmət ediblər deyə, onların xasiyyətini bilirlər və bir-birlərinə öyrəşiblər. Bu da çox mühüm bir amildir.

Ona görə də həmin şəxslər sosial xidmətçi kimi qeydiyyatda olmasalar belə himayəsində olan şəxslərə xidmət göstərmək azadlığı və sərbəstliyi var. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd olunub ki, əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidmətinə icazə verilir. Ona görə də bu xidmətçilər himayəsində olan şəxslərin evinə gedib onlara xidmət göstərə bilərlər. Sadəcə “icaze.e-gov.az” portalına daxil olub, qeydiyyatdan keçmələri kifayətdir”, - deyə İ.Məmmədov vurğulayıb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Cəlilabadda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - Yenilənib

İstanbulda havanın çirkliliyi təhlükəli həddə çatıb

Ən çox oxunanalar