Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR rəsmisi haqda sensasion iddia yayıldı, o isə... - Video

SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev bacanağının oğlu Nicat Qarayevin maliyyə fırıldaqçılığında iştirakı ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib

PİA.az xəbər verir ki, Vaqif Əliyevin bu məsələ ilə bağlı “Report”a verdiyi müsahibəni təqdim edir:

– Vaqif müəllim, bu gün bir sıra saytlarda və sosial şəbəkələrdə sizin və ailə üzvlərinizin qohumunuz – bacanağınızın oğlu Nicat Qarayevlə əlbir bəzi maliyyə fırıldaqçılığında iştirakınız barədə məlumatlar yayılıb. Bu məlumatları necə şərh edərdiniz?

– İlk başdan deyim ki, həqiqətən mənim çoxsaylı bacanaqlarımdan biri Maarif Qarayevdir və onun Nicat adlı oğlu var. Məsələ burasındadır ki, mənim və ailə üzvlərimizin bacanağım və onun oğlu ilə təmaslarımız yox dərəcəsindədir. Onun nə işlə və kimlərlə gördüyü işlərdən xəbərsizik, ola bilsin və çox ehtimal bu, belədir, o həqiqətən kimləri isə dələduzluq yolu ilə aldadıb. Təəssüf edirəm ki, bu dələduzluqda mənim və ailəmin adı hallandırılır.

– Bu fırıldaqçılıq barədə sizdə əvvəldən məlumat vardımı?

– Təxminən iki həftə bundan öncə mənim və həyat yoldaşımın telefonuna bir neçə zəng daxil oldu və zəng edən şəxslər Nicata böyük məbləğdə “faiz”ə pul verdiklərini və bu məsələni mənimlə müzakirə etmək istədiklərini, guya, mənim və ailə üzvlərimin bu əməliyyatlardan xəbərdar olduğumuz barədə danışmaq istədiklərini bildirdilər. Mən onlara bütün bunlar barədə xəbərsiz olduğumuzu bildirdim və şikayətləri barədə hüquq- mühafizə orqanlarına müraciət etmələrini tövsiyə etdim.

Baş vermiş dələduzluq hadisəsində mənim və ailəmin adının hallandırılmasıda maraqlı olan bəzi şəxslərin olması qənaətindəyəm, bu adamlar hadisəni ictimailəşdirməklə və mənimlə bağlamaqda maraqlıdırlar. Ehtimal edirəm ki, o adamların bəziləri Nicatla əlbir ola bilərlər.

O ki qaldı Nicatın əməllərinə, hər kəsin qohumları arasında müxtəlif amallı və əməlli adamlar ola bilər, bütün yaxın-uzaq qohumlarının bunda nə suçu ola bilər?

Onu da deyim ki, bizə olan telefon zənglərindən və danışmalardan sonra iyulun 15-də oğlum Orxan ailəmizin reputasiyasına təhdidlərə görə rəsmi olaraq Respublika Prokurorluğu yanında Korrupsiya İdarəsinə şikayətlə müraciət edib, sual edirəm, şikayətçilər niyə bunu etmirlər, xəbəri ictimailəşdirirlər?

– Nicat Qarayevin “Azfen” BM şirkətində çalışması və bu şirkət vasitəsilə böyük məbləğdə pulların nağdlaşdırılması barədə nə deyə bilərsiniz?

– Bu, absurd fikirdir, “Azfen” 20 ildən çox müddətdə SOCAR və “Tekfen” şirkətlərinin təsisçiliyi ilə yaradılmış şirkətdir və ölkəmizdə həyata keçirilən ən böyük layihələrin mühüm iştirakçılarından biridir. Şirkət müvafiq qaydada səhmdarlar tərəfindən idarə olunur, hər il audit olunur, vergi orqanları tərəfindən yoxlanılır. Şirkətlə bağlı absurd fikirləri yalnız bəsit düşüncəli adamlar danışa bilər. Onu da deyim ki, şirkətin işgüzar etibarına xələl gətirməyə görə yoxlanmamış məlumat yayılması məsuliyyətini unutmaq lazım deyil.

Fürsətdən istifadə edərək Kütləvi İnformasiya Vasitələrinin təmsilçilərinə müraciət etmək istəyirəm, yoxlanılmamış, qərəzli məlumatın yayılmasına yol verilməsin, heç bir əsası olmayan xəbəri öncə yayıb, sonunda qarşı tərəfin mövqeyini dinləməyə hazırıq məntiqini qəbul etmək mümkün deyil.

PİA.az xatırladır ki, məsələ ilə bağlı sosial şəbəkələrdə video da yayılıb. AFN.az-a məsələ ilə bağlı müraciət edən şəxslər bildiriblər ki, zərərçəkənlərin Vaqif Əliyevlə də telefon danışıqları var. Danışıqlardan aydın olur ki, o özü 2018-ci ildə də oxşar halın baş verməsini, bundan rəhbərliyin xəbərinin olmasını etiraf edir:

“Amma ondan sonra Nicatı işdən çıxartmayıblar, müəyyən səbəblərə görə saxlayıblar. Yəqin saxlayıblar ki, daha böyük dələduzluğa yol versin. Orda Vahid adlı sürücü var, o etiraf edir ki, şəxsən Vaqif Əliyevin yoldaşı, yəni Nicat Qarayevin xalası bir çanta pul verib mənə Nicata vermək üçün. Çantanın altı pul olub, üstü paltar.

Mən də zəng etmişəm Nicata, deyib paltarları at zibil qabına, pulu gətir. Bu hallar bizlərin də yanında baş verib. Nicatın maşınında üstü paltar, altı pul dolu çantalar olub, deyib xalam verib. Yəni bu faktlar var bizim əlimizdə.

Bu gün də orda Kənan adında adam işləyir, Vaqif Əliyevin kürəkəninin qardaşıdır. Orxan onu oturdub bir şirkətin başında, bütün işləri onun əlilə görürlər. Nicat həmişə ehtiyat edirdi Kənanla münasibətlərinin pozulmasından. Deyirdi onların bütün bu işlərini Kənan görür. Səs yazıları var, Nicat dəfələrlə etiraf edib ki, bu işlər Vaqif Əliyevin və oğlu Orxanın işidir. Onlar yubadırlar pulu verməyi. Bizdə Nicatın pulu alması ilə bağlı video var”.

Həmin videonu da təqdim edirik:

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar