Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçılar Dağlıq Qarabağ ermənilərinə Rusiya pasportunun verilməsini yenidən gündəmə gətirib - Məqsədləri nədir?..

Dağlıq Qarabağ ermənilərinə pasport verərək Rusiya ordusu “əbədi olaraq” Xankəndində qala bilərmi?..

Politoloq: “Cinayətkar separatçıların “xarici işlər naziri” David Babayanın Dağlıq Qarabağın erməni sakinlərinə gələcəkdə Rusiya pasportunun verilməsi ilə bağlı dedikləri fikirləri tamamilə əsassızdır. Bu fikirlərin heç bir hüquqi bazası yoxdur”.

“Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları hesab olunurlar. Buna görə də onlara Rusiya pasportunun verilməsi tamamilə yolverilməzdir”.

Bu sözləri politoloq İlyas Hüseynov cinayətkar separatçıların “xarici işlər naziri” David Babayanın Dağlıq Qarabağın erməni sakinlərinə gələcəkdə Rusiya pasportunun verilməsi ilə bağlı dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Cinayətkar separatçıların “xarici işlər naziri” ünvanını daşıyan David Babayan Dağlıq Qarabağın erməni sakinlərinə gələcəkdə Rusiya pasportunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib ki, Rusiya vətəndaşlığını almaq üçün kimin harda yaşamasının önəmi yoxdur və Dağlıq Qarabağın erməni sakinləri öz arzularına görə Rusiya vətəndaşlığı almaq üçün müraciət edə və vətəndaşlıq ala bilərlər: “Bu tamailə onların şəxsi işidir”, deyə Babayan vurğulayıb.

Dağlıq Qarabağın erməni sakinlərinin “arzularına” əsasən onlara Rusiya pasportu verilməsi kimi bir təhlükə görünürmü və bu təhlükə münaqişəyə necə təsir edə bilər? Xüsusən Dağlıq Qarabağ ermənilərinə pasport verərək Rusiya ordusu “əbədi olaraq” Xankəndində qala bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Sülhməramlıların mandatının olmaması müəyyən çətinliklər yaradır. Bu istiqamətdə fəal işlər aparılmalıdır”.

Dağlıq Qarabağ ermənilərinə Rusiya pasportunun verilməsinin tamamilə yolverilməz bir hal olduğunu vurğulayan politoloq PİA.aza-a bildirib ki, bu kimi təxribatçı hərəkətlər və fikirlərin söylənilməsi hüquqi məsuliyyət daşıyır:

“Cinayətkar separatçıların “xarici işlər naziri” David Babayanın Dağlıq Qarabağın erməni sakinlərinə gələcəkdə Rusiya pasportunun verilməsi ilə bağlı dedikləri fikirləri tamamilə əsassızdır. Bu fikirlərin heç bir hüquqi bazası yoxdur. Çünki onun üzərindən olduğu torpaq Azərbaycan torpağıdır və həmin torpaqlar beynəlxalq səviyyədə də Azərbaycanın ərazisi hesab olunur. Buna görə Babayanın fikirləri tamamilə absurddur.

Həmçinin qeyd etdiyiniz kimi Babayan bildirib ki, Dağlıq Qarabağ ermənilər rus vətəndaşlığı almaq üçün istədikləri kimi müraciət edə bilərlər və öz “arzularına” çata bilərlər. Bu tamamilə yolverilməz bir haldır. Bu kimi təxribatçı hərəkətlər və fikirlərin söylənilməsi hüquqi məsuliyyət daşıyır. Çünki bu sülhməramlı anlayışa və onların missiyasına tamamilə ziddir.

Sülhməramlıların missiyası geniş planda münaqişə zonasında daimi sülhü təmin etməkdən ibarətdir və bu missiyadan kənara çıxılması bütün beynəlxalq qanunlara ziddir.

Azərbaycan öz multikulturallığı, tolerantlığı ilə bir çox ölkələrə nümunədir. Həm də Azərbaycanda etnik azlıq olaraq ermənilər də yaşayırlar. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları hesab olunurlar. Buna görə də onlara Rusiya pasportunun verilməsi tamamilə yolverilməzdir.

İlyas Hüseynov: “Sülhməramlıların fəaliyyətinin istiqamətləri müəyyənləşdirilməlidir. Düşünürəm ki, bundan sonra yaranan problemlərin aradan qaldırılması mümkün ola bilər”.

Ermənilər Rusiyaya yarınmaq üçün bu kimi fikirlər söyləyirlər. Eyni zamanda bir müddət əvvəl seperatçı qurum öz ərazisində rus dilini dövlət dili səviyyədə olduğunu elan etmişdi. Bu məsələyə prezident İlham Əliyev münasibət bildirərək demişdi ki, bu heç bir vəclə bölgənin ərazi bütövlüyünə, təhlükəsizliyinə, suverenliyinə, sərhədlərin toxunulmazlığına, eyni zamanda beynəlxalq normaların fundamental norma və prinsiplərinə xələl gətirə bilməz.

10 noyabrda imzalanmış üçtərəfli bəyanata görə sülhməramlıların ərazidə qalma müddəti müəyyən çərçivədə qeyd olunub. Amma sülhməramlıların mandatının olmaması müəyyən çətinliklər yaradır. Bu istiqamətdə fəal işlər aparılmalıdır. Sülhməramlıların fəaliyyətinin istiqamətləri müəyyənləşdirilməlidir. Düşünürəm ki, bundan sonra yaranan problemlərin aradan qaldırılması mümkün ola bilər və seperatçı qurumun belə fikirlər səsləndirməsinin qarşısı alına bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Ən çox oxunanalar