Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada II Dünya müharibəsində həlak olan azərbaycanlıların cəsədi tapılıb - Foto

Rusiyanın Braynsk vilayətində aparlan axtarışlar zamanı II Dünya müharibəsi zamanı cəbhədə həlak olan azərbaycanlıların cəsədi tapılıb...

"Report"un Rusiya Bürosunun məlumatına görə, tapılan cəsədlərdən biri Azərbaycanın Hacıqabul rayon sakini Böyükağa Nuhi oğlu Mehdiyevə aiddir.

Bryanks vilayətinin rəhbərliyi və Moskvadakı "Azərbaycan" Cəmiyyəti tərəfindən B.Mehdiyevin Azərbaycanda yaşayan qohumları tapılıb. Onların iştirakı ilə azərbaycanlı əsgərin cəsədinin qalıqları Bryanskdakı faşizmlə müharibədə həlak olan insanların məzarlarının olduğu Fəxri xiyabanda təntənəli şəkildə dəfn olunub.

Qeyd edək ki, B.Mehdiyev Smolenskin azad olunmasında göstərdiyi qəhrəmanlığa görə, "Qırmızı döyüş bayrağı ordeni" ilə təltif olunub. Daha sonra o, Bryanskın müdafiəsi zamanı qəhrəmancasına həlak olub.

Rusiya Müdafiə Nazirliyinin arxivinə verilən sorğu zamanı məlum olub ki, B.Mehdiyev 1943-cü ilin martında almanların nəzarətində olan əraziyə keçərək çoxlu sayda düşməni məhv edib və faşistlərin əks hücumunun qarşısını tək alıb. "Bryansk cəbhəsi" axtarış bölməsinin rəhbəri Maksim Volkov isə açıqlamasında bildirib ki, bu igidliyə görə bölük komandiri ona "Şücaətə görə” medalını təqdim edib.

“Lakin diviziya komandiri isə təqdimatı dəyişdirərək Mehdiyevi "Qırmızı ulduz" ordeninə layiq görüb. 50-ci ordunun komandanlığı isə qərara alıb ki, bu cür qəhrəmanlığa görə bu medallar azdır. Ona görə də Mehdiyevə "Qırmızı döyüş bayrağı" ordeni verilib. Məhz bu ordenin sayəsində axtarışlar zamanı tapılan cəsədin Mehdiyevə məxsusluğu müəyyən edilib", - deyə "Bryansk cəbhəsi" axtarış bölməsinin rəhbəri Maksim Volkov vurğulayıb.

Xatırladaq ki, azərbaycanlı əsgərin dəfn mərasimində Bryansk vilayətinin qubernator müavini Aleksandr Korobko, Bryansk vilayət Dumasının komitə sədrləri Rusiyanın milli qəhrəmanı Aleksandr Postayalko və Lyudmila Juravlyova, Böyükağa Mehdiyevin Azərbaycanda yaşayan qohumları, Moskvadakı "Azərbaycan" diaspor cəmiyyətinin üzvləri və yerli diaspor fəalları iştirak ediblər.

Daha sonra Böyükağa Mehdiyevin axtarışlar zamanı tapılan şəxsi əşyaları və "Qırmızı döyüş bayrağı ordeni" onun Azərbaycandan gələn qohumlarına təqdim olunub.

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar