Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək

Rusiya Ayın tədqiqində süni intellektli robotlardan istifadə edəcək

Bu barədə TASS informasiya agentliyinə "Roskosmos" dövlət korporasiyasının mətbuat xidmətindən bildiriblər.

Dövlət korporasiyasının nümayəndəsi qeyd edib ki, "Ayın tədqiqi proqramında insanın iştirakı avtomatik kosmik aparatların və sini intellektli robotların istifadəsi ilə paralel şəkildə aparılacaq". Robot sistemləri Yerin təbii peykinin tədqiqi zamanı insan sağlamlığı üçün təhlükəli risklərin minimuma endirilməsi və xərclərin azaldılması məqsədilə tətbiq ediləcək. Bunun üçün Rusiyanın dövlət korporasiyasının elmi tədqiqat institutu tərəfindən Ayın tədqiqi üzrə konsepsiya hazırlanıb və bütün işlər bu çərçivədə həyata keçiriləcək.

2018-ci ilin sonunda Rusiya Elmlər Akademiyasının Kosmos Şurası milli kosmik proqram üzrə konsepsiyanı təsdiqləyib, lakin ona əlavələr edilməsinin zəruriliyini qeyd edib. "Roskomos"dan bildiriblər ki, bu proqram 2040-cı ilədək bir neçə mərhələdə həyata keçiriləcək. Dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinin müvafiq təqdimatında qeyd edilir ki, rusiyalı kosmonavtlar Ayın səthinə ilk dəfə 2030-cu ildə enəcəklər. Bu vaxtadək Yerin təbii peykinə avtomatik aparatlar, o cümlədən "Luna-25" zondunun göndərilməsi nəzərdə tutulur. Rusiya alimləri Ayın cənub qütbünü tədqiq edəcəklər. 2023-cü ildə isə "Luna-Resurs-1" kosmik aparatının Ayın orbitinə göndərilməsi planlaşdırılır.(azərtac)

pia.az

 


Etiket: süni intellekt

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ən çox oxunanalar