Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rumıniya Şərq Tərəfdaşlığına dair siyasi bəyannamənin qəbulunu istəyir

Rumıniya Avropa İttifaqındakı sədrliyi dövründə Şərq Tərəfdaşlığının perspektivlərinə dair siyasi bəyannamə qəbul edilməsi və bu proqramın daha da inkişafı üçün konkret layihələr hazırlamaq niyyətindədir

“RİA Novosti” xəbər verir ki, bunu Rumıniya xarici işlər naziri Teodor Meleşcanu Brüsseldə bildirib.

“Bizim üçün iki mühüm istiqamət var. Birincisi, Brüsseldə Şərq Tərəfdaşlığına dair nazirlərin iclasının nəticəsi olaraq müəyyən siyasi bəyanat verməklə bu proqrama dair gələcək perspektivləri ayırd etmək istərdik. İndiyədək görülən işləri, Aİ-nin tərəfdaşlarımız üçün əhəmiyyətini dəyərləndirmək istərdik. Artıq Şərq Tərəfdaşlığının gələcəyinə nəzər salaraq konkret əməkdaşlıq layihələrinə cəmləşməyin zəruri olduğu qənaətindəyik”, - deyən nazir Aİ-nin şərq tərəfdaşlarının bu təşkilatın təhlükəsizliyinə mühüm töhfələr verdiyinnə əmin olduğunu dilə gətirib.

Xatırladaq ki, bu ilin yanvar ayından Avropa İttifaqına sədrliyi qəbul edən Rumıniya Şərq Tərəfdaşlığı siyasətinin önəmli məsələlərdən biri olduğunu açıqlamışdı.

Bu ilin may ayında "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi Avropa İttifaqı çərçivəsində qeyd ediləcək.

2009-cu ildən başlayan "Şərq Tərəfdaşlığı" proqramının əsas məqsədi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Molodova, Ukrayna ilə Aİ arasındakı əməkdaşlığı gücləndirməkdir. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Aprelin bütün sosial ödənişləri yekunlaşıb    

Ən çox oxunanalar