Şənbə, 21 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Rəsul Çunayev dünya çempionatına belə hazırlaşır - Video

Yığmamız iyulun 14-dən Göygöldə təlim-məşq toplanışı keçir

Yunan-Roma güləşi üzrə yığmamız iyulun 14-dən Göygöldə təlim-məşq toplanışı keçir.

Oxu.Az xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində hazırlıq prosesinə start verən millimiz geniş heyətlə toplanışda iştirak edir.

Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi Göygöl hazırlığına cəlb olunub. Heyətdə böyüklərlə yanaşı, bir neçə gənc güləşçi də yer alıb.

Məşq edənlər arasında Olimpiya mükafatçımız, dünya çempionumuz Rəsul Çunayev də var. Onun fiziki hazırlıq zamanı etdiyi məşqin görüntüsünü təqdim edirik:


Qeyd edək ki, komandamız iyulun 31-dək davam edəcək təlim-məşq toplanışında, əsasən, fiziki hazırlıq üzərində çalışacaq. Toplanış sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

pia.az


Şərh yazın.

loading...