Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qulu Məhərrəmli də dilə gəldi - KİVDF və MTRŞ ilə bağlı - Video

Ötən gün İctimai Televiziyada Dadaş Dadaşlınskinin qonağı olan əməkdar jurnalist Qulu Məhərrəmli son zamanlar media sahəsində baş verən kadr dəyişikliklərinə münasibətini bildirib...

Qulu Məhərrəmli Vüqar Səfərli və Nuşirəvan Məhərrəmlinin tutduqları vəzifələrdən azad edilmələrini labüd və gözlənilən hesab edib.

“Çünki bunlar dövlətin onların qarşısında qoyduğu vəzifələri yox, hansısa məmurun tapşırıqlarını yerinə yetirirdilər”, – deyən əməkdar jurnalist bu şəxslərin məhz keçmiş ideoloq Əli Həsənovun rəhbərliyi altında sırf öz iqtisadi maraqları naminə çalışdıqlarını bildirib: “Baxın, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) çox xeyirxah məqsədlər üçün yaradılmışdı. Məqsəd medianın iqtisadi dayaqlarını möhkəmləndirmək idi. Amma media qaldı qıraqda, bunlar özlərinin iqtisadi maraqlarını möhkəmləndirdilər”.

Tanınmış telejurnalist onu da əlavə edib ki, “KİVDF mövcud olduğu müddətdə medianın inkişafı istiqamətində heç bir iş görülmədi, əksinə, azad mətbuat sıradan çıxarıldı, ələbaxan, pay uman, bir növ narkoman kimi iynəyə oturdulan media yetişdirildi. Elə bir media ki, pulunu ver, işləsinlər, verməyəndə başlayırlar narazılıq eləməyə”.

“Bu cür media olmaz. Bu, təhlükəli mediadır. Yəni o, öz missiyasını dərk etməlidir. Yaxşı qəzet buraxmalıdır ki, satılsın, satışdan pul qazansın. Reklam bazarı olmalıdır ki, reklamdan pulunu alsın və öz əməkdaşlarını maaşla təmin edə bilsin. Təəssüf ki, onlar bu yolu tutmadılar. Ona görə də KİVDF özünü doğrultmadı. Və yaxud Milli Televiziya və Radio Şurası bu sahədə dövlətin yayım siyasətini gerçəkləşdirən bir qurum olduğu halda, o, necə addımlar atdı? Yəni, doğrudanmı, televiziyalara yayımla bağlı problemlərinin həllinə kömək etdi? Doğrudanmı, keyfiyyətli televiziya səviyyəsinə gəlib çıxa bildik? Təəssüf ki, belə olmadı. Bu rəhbərlər – ya Vüqar Səfərli olsun, ya da Nuşirəvan Məhərrəmlini yönəldən insanlar bu qurumları o vəziyyətə salmışdılar”, – deyən Q.Məhərrəmli əlavə edib ki, bütün dəyişikliklər ümid oyadır və yeni təyin olunanlar ən azı nizamnamələrində yazılan vəzifələrini vicdanla reallaşdırmalıdırlar.(konkret.az)

Daha ətraflı videoda:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ən çox oxunanalar