“Çırpınırdı Qara dəniz” ifası ilə məşhurlaşan müğənni Azərin Türkiyəyə təşəkkür edib.
Sosial şəbəkə hesabında paylaşım edən müğənni Türkiyə dövlətinə və xalqına döyüşlər zamanı göstərdikləri birliyə görə minnətdarlıq edib:
“Allah ordumuza güc versin. “Azərbaycanın yanında olan Türkiyədən, “Qardaşlarımızla çiyin-çiyinə doyüşmək istəyirəm” deyən qardaşlarımız, Allah sizdən razı olsun. Azərbaycanın təkbətək Ermənistanı yıxma gücü var”.
Gözəl xəbər aldıq ki, 6 kəndimiz işğaldan azad olunub. Üzr istəyirəm, göz yaşlarıma hakim ola bilmədim. Bunlar sevinc göz yaşlarıdır. Şəhidlərimizin ruhu şad olsun! Qəzan mübarək, Azərbaycan!”
pia.az