Şənbə, 24 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Sədr,

Ölkənizin milli bayramı - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Çin Xalq Respublikasının bütün sahələrdə əldə etdiyi uğur və nailiyyətlərini, ölkənizin dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsini və beynəlxalq arenada nüfuzunun gündən-günə artmasını daim məmnunluqla izləyirik.

Biz qədim tarixə malik Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına mühüm əhəmiyyət veririk. Ölkələrimizi və xalqlarımızı birləşdirən ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bu gün siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrimizin yeni məzmunu ilə zənginləşir. Şübhəsiz ki, bu sıx əməkdaşlıq müəllifi olduğunuz "Kəmər və yol" layihəsi çərçivəsində də uğurla davam edəcəkdir.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının ilk günlərindən ölkələrimizin nümayiş etdirdiyi həmrəylik və qarşılıqlı dəstək ikitərəfli əlaqələrimizin möhkəm təməl üzərində qurulduğunu bir daha isbat etdi. Fürsətdən istifadə edərək koronavirus xəstəliyi ilə mübarizə məqsədilə Çin Xalq Respublikası tərəfindən ölkəmizə göstərilən dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Əminəm ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Çin dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri birgə səylərimizlə bundan sonra da xalqlarımızın rifahı naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".(AzərTac)

pia.az 




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İran çətin seçim qarşısında qalıb: Xristian Ermənistanı, yoxsa müsəlman Azərbaycanı müdafiə etməli?

Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır

Nazirlər Kabineti nəqliyyatla bağlı qərarda dəyişiklik etdi

Ermənistan MN: “Rusiyanın Su-30SM qırıcıları döyüş əməliyyatları üçün faydasızdır”

“Müharibəyə bu şərtlə son qoyula bilər” - Ceyhun Bayramovun “The Washington Times”da məqaləsi

Peyğəmbəri təhqir edən karikaturalar dövlət binalarından asıldı - Makrondan skandal addım

Pompeonun “barıt qoxusu” gələn sülh çağırışı

Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - Video

Dərman göz önündədir, sadəcə onu görmək lazımdır - Vanqadan 2021 proqnozları

“Noyabrın 1-nə qədər Azərbaycan torpaqlarının böyük bir hissəsini azad edəcək” - Rusiyalı politoloq

loading...

Ən çox oxunanalar