Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pentaqon Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini öyrənir

ABŞ ordusunun komandanlığı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində düşmənə qarşı tətbiq etdiyi taktikanı öyrənməyə başlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Breaking Defense” nəşri yazır. Bildirilir ki, Qarabağda kəşfiyyat və zərbə pilotsuz aparatlarının ənənəvi qüvvələrlə, yəni tanklar, piyada qüvvələri və artilleriya ilə kombinə edilmiş formada tətbiqi yeni təcrübədir.

Birləşmiş Ştatların Gələcəyin Ordusu Komandanlığından (Army Futures Command-AFC)  yüksək rütbəli general anonimlik şərti ilə bildirib ki, Qarabağda gedən hərbi əməliyyatlar gələcəyin müharibələrində hadisələrin necə cərəyan edəcəyini təxmin etməyə imkan verir. Army Futures Command ABŞ ordusunun modernizasiyasına, gələcəyin döyüş sistemlərinin hazırlanmasına rəhbərlik edən strukturdur və 2018-ci ildə yaradılıb.

General deyib ki, Dağlıq Qarabağda Azərbaycan ordusu erməni zirehli texnikasını sürətlə məhv etmək üçün  nəinki kəşfiyyat, eləcə də zərbə pilotsuz təyyarələrindən, habelə “kamikadze-dronlardan” kütləvi şəkildə istifadə edib. Bu taktika Azərbaycan ordusuna imkan verib ki, erməni qüvvələrini sürətlə məğlub edib irəliləsin. Və ola bilsin gələcəkdə Çin və ya Rusiya ordusu da ABŞ-a qarşı müharibədə buna bənzər taktikadan istifadə edəcək. Ona görə də ABŞ ordusu indidən bu cür regional münaqişələrin təcrübəsini öyrənməlidir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar