Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın üç xalq anlayışı - Məqbul versiya necə olacaq?..

Paşinyanın Qarabağ münaqişənin nizamlanması üçün irəli sürdüyü “məqbul” təkliflərdə nələr var və qəbul oluna bilərmi?..

Politoloq: “Ermənistanın Baş Naziri Nikol Paşinyanın münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı Azərbaycan üçün yeni deyil”.

Ermənistanın Baş Nazirinin münaqişə tərəfi olaraq 3 xalqdan bəhs etməsi hər bir məqamdan xəbər verir”.

Bu sözləri politoloq İlqar Vəlizadə Ermənistanın Baş Naziri Nikol Paşinyanın münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı üzərində işə başlamaq təklifini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan dünən rusiyalı jurnalistlərlə görüşü zamanı münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı üzərində işə başlamağı təklif edib. Paşinyan vurğulayıb ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın təhlükəsizliyini, ölkənin və xalqın gələcəyini təmin etmək baxımından prioritetdir. Baş Nazirin sözlərinə görə, onun Qarabağ tənzimlənməsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqləndiyi üçün dəfələrlə tənqid olunub.

“Əgər biz tərəflərdən birinin qələbəsi və ya məğlubiyyəti haqqında deyil, məhz münaqişənin həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan Prezidenti eyni bəyanat versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”, – deyə Ermənistan lideri vurğulayıb.

Bununla əlaqədar olaraq, Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevi tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Sahakyanı və ATƏT-in Minsk qrupunun həmsədrlərini münaqişənin üç tərəfi üçün məqbul olan bir həll üzərində işləmək lazım olduğuna dair razılığa dəvət edib. Bununla yanaşı, o qeyd edib ki, bu günə qədər hamı üçün məqbul olan variant yoxdur.

Paşinyan, eyni zamanda, Ermənistanın keçmiş prezidentlərinə – Dağlıq Qarabağdan gələn mühacirlərə, Serj Sarkisyana və Robert Köçəryana münasibətini Qarabağ tənzimləməsi ilə əlaqələndirməməyi tövsiyə edib. “Keçmiş ekologiya naziri axtarışdadır. Bu, mənim Ermənistanın təbiətinə münasibətimə təsir edə bilərmi? Keçmiş maliyyə naziri həbsdədir, bu, Ermənistanın maliyyəsinə münasibətimə təsir göstərə bilərmi?”, – deyə Baş Nazir iştirak edənlərin sualına ritorik suala cavab verib.

Bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı özündə nələri ehtiva edə bilər? Bilirik ki, Azərbaycan üçün ərazi bütövlüyünün təmin olunması dəyişməz prinsipdir. Ermənistanın bu prinsipi qəbul etməsi mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadə ilə müzakirə edib.

İlqar Vəlizadə: “Paşinyanın indiki təklifində Azərbaycan üçün yeni heç nə yoxdur”.

Azərbaycan üçün dəyişməz prinsip olan ərazi bütövlüyünün təmin olunması prinsipinin Ermənistan tərəfindən qəbul edilməsini mümkünsüz sayan politoloq PİA..az-a açıqlamasında əlavə edib ki, bu vaxta qədər Ermənistan tərəfindən bu prinsip ərtafında bir çox variantlar irəli sürülüb. Amma bu variantların heç biri Azərbaycan üçün məqbul hesab edilməyib:

“Düşünürəm ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanın münaqişənin bütün tərəfləri üçün məqbul olan Qarabağ tənzimlənməsi variantı Azərbaycan üçün yeni deyil. Çünki Paşinyan açıqlamasında açıq-aşkar Dağlıq Qarabağ xalqının ayrıca olaraq tənzinmələrdə iştirak edəcəyini bildirib. Bu da Azərbaycan üçün məqbul sayılan variant deyil.

Azərbaycan üçün dəyişməz prinsip olan ərazi bütövlüyünün təmin olunması prinsipinin Ermənistan tərəfindən qəbul etməsi mümkün görünmür. Çünki bu vaxta qədər Ermənistan tərəfindən bu prinsip ərtafında bir çox variantlar irəli sürülüb. Amma bu variantların heç biri Azərbaycan üçün məqbul hesab edilməyib.

İlqar Vəlizadə: “Köçəryan və Sarkisyan qəbul etmişdilər ki, Azərbaycan onların təklif etdiyi Dağlıq Qarabağ xalqı anlayışını qəbul etməyəcək. Paşinyan güya indi onlardan fərqli siyasət yeritdiyini deyir”.

İndi də Ermənistanın Baş Nazirinin münaqişə tərəfi olaraq 3 xalqdan bəhs etməsi hər bir məqamdan xəbər verir. Paşinyan 3 xalq deyərkən erməniləri, tanınmayan Dağlıq Qarabağ “xalqını” və azərbaycanlıları nəzərdə tutub. Məlumdur ki, Qarabağ probleminin həllində Köçəryan və Sarkisyan qəbul etmişdilər ki, Azərbaycan onların təklif etdiyi Dağlıq Qarabağ xalqı anlayışını qəbul etməyəcək. Paşinyan güya indi onlardan fərqli siyasət yeritdiyini deyir. Fərqli siyasət də budur ki, Paşinyan aşkar olaraq Dağlıq Qarabağ xalqını münaqişəyə qatır.

Təbii ki, Paşinyanın təklifi Azərbaycan üçün qəbul edilə bilməz. Buna görə də bir daha qeyd edim ki, Paşinyanın indiki təklifində Azərbaycan üçün yeni heç nə yoxdur. Əvvəla gərək Ermənistan Azərbaycanın irəli sürdüyü təklifi qəbul edə. Onlar Azərbaycanın ərazi bütövlüyün qəbul etməyənə qədər heç bir təklifdən söhbət gedə bilməz”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar