Cümə, 20 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Orta ixtisas təhsil müəssisələri publik hüquqi şəxslərə çevrilir - Necə olacaq?

Orta məktəblərin publik hüquqi şəxslərə çevrilməsində məqsəd nədir? Dövlət bununla pul qazanmaq istəyir?...

Təhsil eksperti: “Publik hüquqi şəxs statusu ali məktəblər üçün məqbul sayılsa da, orta ixtisas təhsili müəssisələri üçün müəyyən fəsadlar yarada bilər”.

“Hesab etmək olarmı ki, bundan sonra məktəblər arasında daha ciddi və sağlam rəqabət gedəcək, məktəblərin rəhbərləri əlavə vəsait əldə edə bilmək üçün düzgün idarəetmə mövqeyi seçə biləcək, məktəblər rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşməyəcək, əlavə gəlir imkanlarını itirmək təhlükəsi ilə üzləşməyəcək?”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov orta ixtisas təhsil müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsini PİA.az-a şərh edərkən qeyd edib.

“Orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı”nın təsdiq edilməsi haqqında” qərara dəyişiklik edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi” təsdiqlənib.

Qərara görə, orta ixtisas təhsili müəssisələri publik hüquqi şəxslərə çevriləcək.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin (xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələri istisna olmaqla) publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Həmçinin dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin publik hüquqi şəxslərə çevrilmə şəklində yenidən təşkili barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidirlər.

Orta ixtisas təhsil müəssisələrinin publik hüquqi şəxslərə çevrilməsi düzgün qərardır? Məlumdur ki, görülən tədbirlərə baxmayaraq orta məktəblərdə pul yığmaq və başqa neqativ hallar hələ də qalmaqdadır. Bunlarla yanaşı orta məktəblərin publik hüquqi şəxslərə çevrilməsində məqsəd nədir? Dövlət bununla pul qazanmaq istəyir?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.

Nadir İsrafilov: “Zənn etmirəm ki, publik hüquqi şəxs elan olunan hansısa təşkilat və ya təhsil müəssisəsi dövlət tərəfindən maliyyələşdirilməyəcək. Istənilən statusda bu kimi müəssisələrin tam “ayaqda duracağına” qədər dövlət dəstəyinə ehtiyacı zəruridir”.

2009 - cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunla bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ verilsə də, onların indiyədək bu imkandan istifadə etmədiyini xatırladan təhsil üzrə ekspert bildirib ki, bunun əsas səbəbi də bələdiyyələrin maddi-texniki bazalarının zəif olması ilə əlaqədardır:

“Hər şeydən əvvəl onu qeyd edim ki, belə bir qərarın qəbul edilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi istiqamətində nəzərdə tutulmuş vəzifələrin və hədəflərin tələblərindən irəli gələn bir addımdır. Yəni “Strateqiya”da göstərildiyi kimi “Təhsilin idarə olunmasında başlıca problemlərdən biri təhsildə tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir. Bununla yanaşı, təhsil müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət daşımır. Təhsil müəssisələrinin maliyyələşdirilməsi təqdim etdiyi təhsiln nəticələrindən asılı deyildir və keyfiyyətə yönəlməmişdir”.

Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Qanunununa əsasən Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. Bu baxımdan idarəetmənin təkmilləşdirilməsi, dövlət qurumlarının saxlanılması xərclərinin azaldılması, idarəetmədə mobilliyin, effektivliyin təmin olunması öz aktualığı ilə gündəmə gələn əsas məsələlərdən biridir.

Nadir İsrafilov: “Publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir”.

Yəqin çoxlarına məlumdur ki, inzibati dövlət quruculuğu çərçivəsində mülki hüququn konsepsiyalarından biri kimi təxminən iki əsr bundan qabaq Avropada daha konkret desək Fransada yaranan Publik hüquqi şəxs haqqında qanunlar bir səmərəli model olaraq XX əsrin əvvələrində keçmiş Sovetlər birliyinin bir sıra respublikalarlnda, xüsusilə Pribaltika ölkələrində də qəbul olunub və tətbiq edilib. Yəni, adi hüquqi şəxsdən fərqli olaraq, onun kifayət qədər imtiyazları var və onun bilavasitə təsisçisi dövlətdir. İnkişaf etmiş Avropa ölkələrinə nəzər yetirsək görərik ki, uşaq bağçalarından başlamış məktəb və universitetlər, dövlətə məxsus tibb klinikalarından tutmuş böyük korporasiyalar publik hüquqi şəxslərdir.

Bu mənada atılan belə addımlar təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin – ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirmək, şəffaf və səmərəli idarəetmə mexanizmlərin – onların müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait, habelə təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaratmaq məqsədinə xidmət etməsi baxımından da dəyərləndirmək olar.

Lakin bu sözləri hələ ki, Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisələri barədə demək bir az tezdir. Təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaratmaq, maraqlı tərəflərin nümayəndələrinin iştirakını təmin etməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə idarə olunmasına təkan vermək, idarəetmənin ictimailəşməsi prosesini sürətləndirmək, qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstlik əldə etmək, idarəçiliyinin təkmilləşdirilməsi, rasionallaşdırması və optimallaşdırılmasına xidmət etmək baxımından faydalı olsa da, Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisələri buna hazırdırmı?

Nadir İsrafilov: “Təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur, dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik deyildir”.

Publik hüquqi şəxs statusu Azərbaycanda nisbətən yeni olsa da, dünyada çox istifadə olunan bir modeldir. Hesab etmək olarmı ki, bundan sonra məktəblər arasında daha ciddi və sağlam rəqabət gedəcək, məktəblərin rəhbərləri əlavə vəsait əldə edə bilmək üçün düzgün idarəetmə mövqeyi seçə biləcək, rəqabətədavamlılığı itirmək təhlükəsi ilə üzləşməyəcək, əlavə gəlir imkanlarını itirmək təhlükəsi ilə üzləşməyəcək?

Bir də ki, 2009 - cu ildə qəbul edilmiş “Təhsil haqqında” qanunla bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ verilsə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər. Əsas səbəb də bələdiyyələrin maddi-texniki bazalarının zəif olması ilə əlaqədardır. Zənn etmirəm ki, publik hüquqi şəxs elan olunan hansısa təşkilat və ya təhsil müəssisəsi dövlət tərəfindən maliyyələşdirilməyəcək. İstənilən statusda bu kimi müəssisələrin tam “ayaqda duracağına” qədər dövlət dəstəyinə ehtiyacı zəruridir.

Hesab edirəm ki, hər şey rəqabətə davamlılığdan, ona verilən kifayət qədər imtiyazlardan necə səmərəli istifadə edib edə bilməyəcəyindən, daha çox hansı xidmətlər göstərəcəyindən, hansı layihələrə imza ata biləcəyindən asılı olacaq.

Publik hüquqi şəxs statusu ali məktəblər üçün məqbul sayılsa da, orta ixtisas təhsili müəssisələri üçün müəyyən fəsadlar yarada bilər”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...