Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC 2020-ci ildə neft hasilatına dair qeyri-OPEC ölkələrinin proqnozunu azalda bilər

OPEC 2020-ci ildəki neft hasilatına dair bu təşkilatın üzvü olmayan ölkələrin proqnozunu əhəmiyyətli dərəcədə azalda bilər...

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ADİPEC neft konfransındakı nitqində OPEC-in baş katibi Məhəmməd Barkindo bildirib.

“Çox güman ki, 2020-ci ildə qeyri-OPEC ölkələrində, xüsusilə də ABŞ-ın şistli hövzələrində hasilata dair kəskin dəyişiklik olacaq”, - deyən baş katib daha çox ABŞ ilə Çin arasında ilkin ticarət sazişi imzalanması təqdirdə, neftə tələbatın artımına dair proqnozun yüksəlməsini də mümkün sayıb.

OPEC-in uzunmüddətli proqnozuna əsasən, neftə gündəlik tələbat 2019-cu ildə 99,9 milyon barel, 2020-ci ildə 101 milyon barel, 2023-cü ildə isə 103,9 milyon barel olmalıdır.

Bundan əvvəl isə OPEC inkişaf etmiş ölkələrdə tələbatın 2040-cı ilədək 9,6 milyon barel azalacağını, inkişafda olan ölkələrdə isə 21,4 milyon barel artacağını açıqlamışdı.

OPEC-in proqnozuna görə, tələbatın artımı 2018-ci ildəki gündəlik 1,4 milyon bareldən gələn onilliyin sonunda 0,5 milyon barelədək azalacaq, 2040-cı ildə isə sıfırlanacaq. Buna səbəb kimi həm əhali sayının, həm də dünya ÜDM-nin artımının zəifləməsi, habelə enerji səmərəsinə dair qaydaların sərtləşməsi və texnoloji tərəqqi göstərilir.

pia.az


Etiket: OPEC

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - Video

Ən çox oxunanalar