Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaləddin İsgəndərov «söküntü biznesindən» nə qədər qazanır? - Video


ŞOK! İcra hakimiyyəti biçarə insanlardan evlərinin sökülməməsi üçün 5-10 min manat tələb edir


Prezident İlham Əliyev dəfələrlə keçirdiyi toplantılarda məmurlardan, yüksək vəzifəli şəxslərdən, icra başçılarından ölkədə sosial problemlərin həllini tələb edib və məmurlardan özbaşınalıqlara son qoymağı tələb edib. Lakin bir çox məmurlar və icra başçıları prezidentin bu tapşırılarını qulaqardına vururlar. Daha doğrusu icra başçıları və onlara xidmət edən «reket» dəstələr çarəsiz vətəndaşların evlərini sökməklə özlərinə böyük «biznes sahəsi» yaradıblar. Sxhbət qanunsuz tikilən evlərin sölülməməsi üçün yığılan külli miqdarda rüşvətdən gedir. Baxmayaraq ki, prezident iki il əvvəl qanunsuz evlərin sənədləşdirilməsi üçün sərəncam verdi, həminsərəncam elə kağız üstündə də qaldı. Çünki həmin sərəncamla məmurlar və Bakı rayonlarının icra başçıları böyük gəlirlərdən məhrum olurdular.

Heç kimə sirr deyil ki, torpaqları qanunsuz satan və həmin ərazilərdə tikinti aparılmasına icazə verən icra hakimiyyətiləri və başçılarıdır. Bəzən eyni yeri bir neçə dəfə satan icra orqanlarının nümayndələri və bələldiyyələr tikinti aparmaq üçün də vətəndəşlardan külli miqdarda rüşvət tələb edirlər. Son zamanlar isə İcra hakimiyyətlərinin özlərinin icazə verdikləri «qanunsuz tikililəri» sökmək bir dəb halına gəlib və bu işdən icra başçıları böyük gəlirlər əldə edirlər.

PİA.AZ xəbər verir ki, «Meydan TV» Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun «qanunsuz tikililərdən» necə pul qazanması barədə süjet hazırlayıb. İnsanın qanının donduran bu süjetdə diqqət çəkən əsas məsələlrdən biri odur ki, Binəqədi İcra hakimiyyəti qeyri rəsmi şəkildə «mütəşəkkil dəstə» formalaşdırıb və bu «mütəşəkkil dəstə» açıq şəkildə imkansız vətəndaşları şantaj edərək reketə məruz qoyurlar. Belə ki, süjetdən də göründüyü kimi icra hakimiyyətinin nümayəndələri imkansız və çarəsiz insanların evini sökməklə hədələyir, onlara fiziki təsir göstərir və rüşvət tələb edirlər. birmərtəbəli evlər üçün 5000 manat, ikimərtəbəli evlər üçünsə, 10 000 manat tələb olunur. Bu pulu ödəmək imkanı olmayan «bədbəxtləri» isə döyür və evlərini başlarına uçururlar. Onsuzda «mütəşəkkil dəstə»nin  itirəcək heç bir şeyi yoxdur. Çünki boşalan ərazini bir başqa «bədbəxtə» satacaqlar.

Qəribədir ki, Binəqədi rayon icra hakimiyyətinin siyasi və ictimai əlaqələr şöbəsinin müdiri Aqil Eyvazov bildirir ki, onlar icra hakimiyyəti olaraq heç kimdən pul tələb etmirlər və heç kimin evini sökmürlər. Amma ARDNŞ-nin mətbuat katibi öz növbəsində baş verən qanunsuzluğa və zorakılığa görə iğra hakimiyyətini günahlandırır. Təbii ki, baş verən qanunsuzluğa və özbaşınalığa görə Binəqədi rayon icra hakimiyyəti və şəxsən başçı Xaləddin İsgəndərov məsuliyyət daşıyır. Çünki sual olunur, niyə həmin «mütəşəkkil dəstə» həbs olunmur? Axı bu adamlar açıq şəkildə zoakı vasilərlə reketliklə məşğul olur və insanların evlərini uçururlar. Hansı səbəbdən sakinlərin şikayətlərinə susqunluq nümayiş olunur? Yəni bu vəhşi və qeyri-insani, Allah dəyərlərindən uzaq əməlləri törədən insanlar günün günorta vaxtında insanların evlərinə hücum edirlər.Onların qarşısını almaq və cinayət məsuliyyətinə cəlb etmək Binəqədi icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının vəzifəsi deyil? Bir ölkədə necə bu şəkildə açıq zorakılıq halı baş verə bilər ki? Yalnız o zaman ki, hakimiyyət mənsubları və hüquq mühafizə orqanları  «mütəşəkkil dəstə» ilə əlbir olsun.

Biz əlavə şərhə ehtiyac duymadan «Meydan TV»nin çəkdiyi süjeti oxucularımızın diqqətinə cəlb edirik. Yəqin ki, cənab Xaləddin İsgəndərov bu cavabsız sualları özünə verəcək və dövlətin əlaqədar qurumları bu günümüzün ən böyük problemlərindən biri olan bu problemin həlli üçün addımlar atacaq, qanunsuzuluğun, zorakılığın, vicdanı dəyərlərə sığmayan yollarla məmurların pul qazanmasının qarşısında sipər olacaqlar. Bunu dövlətin imici tələb edir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı

Ən çox oxunanalar