Bazar, 09 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək

Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Sarıcallı kəndində 4 740 sakin üçün 1 185 fərdi evin tikintisi nəzərdə tutulub...

Poliqon xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə bu gün Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlinin qoyulması mərasimində məlumat verilib.

Qeyd olunub ki, Baş planda kəndin ümumi sahəsi 330 hektar təşkil edir. 2040-cı ilədək 4 740 nəfər əhali üçün 1185 fərdi evin və bir neçə mərtəbəli bloklu binaların layihələndirilməsi nəzərdə tutulur.

Burada inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, yanğınsöndürmə deposu, aqrotexniki park, mərasim evi, kənd bazarı, kiçik sahibkarlıq obyektləri tikiləcək. Bundan başqa, əhalinin tələbatına uyğun iki tam orta məktəb və 4 uşaq bağçasının layihələndirilməsi də nəzərdə tutulur. Ümumiyyətlə, bu yaşayış məntəqəsində əhalinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzində olacaq.

2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 104 hektardır. Bu mərhələdə kəndə 1 016 sakinin köçürülməsi üçün 242 fərdi ev inşa olunacaq.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hakim intihar etməzdən əvvəl məmurların adı keçən məhkəmə işinə baxıb

Beynəlxalq Cinayət Məhkəməsi Azərbaycanın düşmənlərini hədəfə aldı

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Tuva Cihangir Atasevər kosmosda missiyasını başa vurub

Misir Prezidenti: "Regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq"

İcra başçısı Ələt qəsəbəsində növbəti qəbul keçirib

Azərbaycanın basketbol millisi Ermənistanı məğlub edib

Ərdoğan “STAR” NEZ-in ixracat çempionu mükafatını Rövşən Nəcəfə təqdim edib

Azərbaycanla Misir arasında yeddi sənəd imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqlar icra ediblər - Video

Ən çox oxunanalar