Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT ukraynalı əsirlərin olduğu “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat yaydı

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi yanvar ayında Rusiyanın Belqorod vilayəti üzərində ukraynalı hərbi əsirləri daşıyan “İl-76” təyyarəsinin qəzaya uğraması səbəblərinin müəyyən edilə bilmədiyini deyib.

Bu barədə qurumun Cenevrədə dərc olunmuş hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, 2024-cü il yanvarın 24-də Rusiyanın Belqorod vilayətində Rusiya hərbi təyyarəsi qəzaya uğrayıb. Rusiya hakimiyyəti Ukrayna hərbi qüvvələrinin təyyarəni vurduğunu və nəticədə 65 ukraynalı hərbi əsirin öldüyünü bildirib.

“İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi məlumatlara girişi olmadığı üçün öz adi metodologiyasına uyğun olaraq insidentin başvermə şəraitini lazımi dərəcədə müəyyən edə bilməyib”, - deyə qurumun hesabatında bildirilib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi hərtərəfli, qərəzsiz və şəffaf araşdırmaya çağırış edib.

Qurum hesab edir ki, hərbi əsirlərin şəxsiyyəti ilə bağlı məlumatlar dərhal Ukrayna hakimiyyətinə verilməli və cəsədlərin bütün qalıqları isə onların ailələrinə təhvil verilməlidir.

Xatırladaq ki, yanvarın 24-də Rusiyanın Belqorod vilayətində ukraynalı hərbi əsirləri daşıyan “İl-76” hərbi təyyarəsi qəzaya uğrayıb.

Poliqon.info

 


Etiket: BMT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

Ən çox oxunanalar