Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ iyul ayından Rusiya aktivlərinin gəlirlərini Ukraynaya verəcək

Avropa İttifaqı iyul ayında Rusiya aktivlərindən əldə olunan gəlirləri Ukraynaya köçürməyə başlamağı planlaşdırır...

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlir vergilərindən toplanan vəsaitlərin bu ilin iyulunda Ukraynaya köçürülməsini təklif edən qanun layihəsi hazırlayıb.

Poliqon xəbər verir ki, qanun layihəsini nəzərdən keçirən Bloomberg Agentliyinin yazdığına görə, bu sxem çərçivəsində Avropa İİttifaqı Kiyevə silah alınması və ölkənin müdafiə sənayesinin inkişafı üçün ildə təxminən 3 milyard avro göndərəcək.

Agentlik aydınlaşdırıb ki, təşəbbüsün qəbul edilməsi üçün Aİ-yə üzv olan bütün dövlətlər onu dəstəkləməlidir. Sənədin mətnində bildirilir ki, Ukrayna 2024-cü il fevralın 15-dən sonra Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən bir pay alacaq. Aİ-nin planına əsasən, Rusiyaya qarşı sanksiyalar aradan qaldırılana qədər ildə iki dəfə vəsait Ukratynaya verilməsi həyata keçiriləcək. Agentlik xəbər verir ki, əvvəlcə pul Avropa Sülh Fonduna və Aİ-nin Ukrayna üzrə Büdcə Fonduna göndəriləcək.

Qeyd edillir ki, dondurulmuş aktivlərdən əldə edilən mənfəətin bir hissəsi alınan vəsaitlə əməliyyat xərclərini ödəmək və Rusiyadan mümkün cavab tədbirlərindən qorunmaq üçün Avropa depozitarlarının hesablarında qalacaq. Bloomberg xəbər verir ki, Ukraynaya vəsait köçürməzdən əvvəl onlardan aktiv əməliyyatları və korporativ vergi xərcləri çıxılacaq.

Bloomberg-in məlumatına görə, dondurulmuş aktivlərdən 2024-cü il fevralın 15-dək əldə edilən mənfəət müvəqqəti olaraq tutulacaq və ən tez beş ildən sonra Avropa İttifaqına köçürüləcək.

Aİ liderləri bu həftənin sonunda Brüsseldə keçiriləcək görüş zamanı qanun layihəsini müzakirə edəcəklər. Agentlikdən məsələ ilə tanış olan mənbələr bildiriblər ki, təşəbbüsün təsdiqlənməsi gecikə bilər, çünki Aİ-nin bəzi üzvləri Ukraynanın hərbi ehtiyacları üçün vəsaitin transferini dəstəkləmək istəmirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Bahar Muradova: “Nikah yaşı ilə bağlı artıq təklif irəli sürülüb”

Ən çox oxunanalar