Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahin Mustafayev: Türk xalqlarının 47 abidəsi UNESCO-nun mədəni irs siyahısına salınıb

UNESCO-nun mədəni irslə bağlı siyahısına türk xalqlarının 47 maddi mədəniyyət abidəsi daxil edilib. Halbuki, siyahıya salınacaq türk mədəni irsinə məxsus abidələrin sayı bundan daha çoxdur...

“Report”un xəbərinə görə, bunu Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, hər bir xalqın varlığı onun maddi və qeyri-maddi mədəni irsi ilə ölçülür: “Bunları itirən xalq mədəni simasını itirir və tədricən məhv olmağa məhkumdur. Türk xalqlarının qədim birgə mədəniyyəti mövcuddur. Avrasiyada, o cümlədən Avropanın bir sıra yerlərində geniş yayılmış türk xalqlarının mədəniyyəti var. Böyük coğrafiyada yayılmış türk xalqlarının mədəniyyətləri də coğrafi nöqteyi-nəzərdən bir-birindən fərqlənir. Lakin həmin mədəni irsin oxşarlıqları da mövcuddur”.

Ş.Mustafayev söyləyib ki, bu gün böyük mədəni irsə sahib çıxaraq onu bütün dünyada tanıtmaq və təbliğ etmək əsas prioritetlərdən biri olmalıdır: “Bu baxımdan UNESCO ilə münasibətlərin davamlılığı və genişləndirilməsi əsas istiqamətlərindəndir. Aidiyyəti qurumlar daha ciddi əməkdaşlıq etməli və ortaq mədəni irsimizi dünyada tanıtmaq üçün fəaliyyətlərimizi genişləndirməliyik”.

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar