Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hulusi Akar: “Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir”  

Türkiyə Azərbaycanla bir ordu halında fəaliyyət göstərir.

PİA.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Haber Global” telekanalına verdiyi özəl müsahibədə teleaparıcı Saynur Tezelin 44 günlük müharibədən sonra Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı sualını cavablandırarkən deyib.

Azərbaycan bizim qardaşımızdır. Bu mövzuda kimsənin tərəddüdü olmasın. Biz həqiqətən də iki dövlət, bir millətik. Xüsusilə də biz 44 günlük uğurlu əməliyyatdan (Vətən müharibəsi nəzərdə tutulur - red.) sonra azərbaycanlı qardaşlarımızla demək olar ki, bütövləşdik. Bu məsələdə (işğal dövründə - red.) biz gerçəkdən illərlə azərbaycanlı qardaşlarımızın bütün iztirablarını hiss etdik. 30 ildən bəri ATƏT-in Minsk qrupu və başqaları Azərbaycan torpaqlarının işğaldan azad edilməsində 30 kəlməlik iş görmədi. Bir milyondan çox qaçqın olmasına, Xocalı və başqa soyqırımların baş verməsinə, torpaqların 20 faizinin işğal edilməsinə baxmayaraq heç bir şəkildə heç kim tükünü tərpətmədi. Lakin baş verənlərlə bağlı iki məqam da var. Birincisi, Azərbaycan tək deyil. İkincisi oradakı qardaşlarımızın “yetər artıq” deməsi ilə Azərbaycan fəaliyyətə başladı. Cənab İlham Əliyevin liderliyi ilə toparlanan, çalışan Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində böyük zəfərlə yanlış hesabları yoluna qoydu”, - o, əlavə edib.

Nazir bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra da iki ölkənin əlaqələri dərinləşərək genişlənir:

“İki ordu təlimlər keçirir, müdafiə sənayesi sahəsində əməkdaşlıq, işlər davam edir. Tək ordu halında fəaliyyət göstəririk. Ərazilərin minalardan təmizlənməsi istiqamətində əlimizdən gələni edirik”.

Nazir Azərbaycanla Türkiyənin birgə fəaliyyətinin üçüncü tərəfə qarşı olmadığını deyərək, əlavə edib:

“İki ölkənin əməkdaşlığı üçüncü dövlətə qarşı deyil. Əksinə, bu, Cənubi Qafqazın təhlükəsizliyi üçündür. Bu, regionda hər kəsin xeyirinədir”.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar