Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şuşaya səfərləri kim bahalaşdırır?

Bu ilin əvvəlindən Bakıdan Şuşaya həyata keçirilən səfərlər ölkənin turizm şirkətləri üçün gəlir mənbəyinə çevrilib.

"Report"un araşdırmaları nəticəsində məlum olub ki, hazırda yerli turoperatorlar vətəndaşlara bir günlük Şuşa turları təklif edir ki, bunun da qiyməti 55-60 manat civarındadır.

Halbuki, Bakıdan Şuşaya avtobusla gedib-gəlmək üçün dövlət müəyyən etdiyi qiymət 21 manatdır. Füzuli rayonunun Əhmədbəyli qəsəbəsindən isə mədəniyyət paytaxtımıza səfərin qiyməti 14 manatdır. Bununla belə, sosial şəbəkələrdə tez-tez Şuşaya getmək istəyənlərin bilet tapa bilməməsi barədə giley-güzarı hiss olunur. Bəs turizm şirkətləri bu biletləri necə əldə edib insanlara təklif edirlər? Özü də iki-üç qat qiymətə. Bəs Şuşaya səfərləri kimlər bahalaşdırır? "Report" bu suallara cavab tapmaq üçün "Azərbaycan Turizm Assosiasiyası" (AzTA) İctimai Birliyinin İdarə Heyətinin sədri Əhməd Qurbanovla həmsöhbət olub.

Onun sözlərinə görə, turizm şirkətlərinin vətəndaşlara təklif etdiyi qiymətə təkcə avtobus bileti daxil deyil: "Yüksək qiyməti əlavə xidmətə görədir. Həmin qiymətə bələdçilik, fotosessiya, çay süfrəsi də daxildir. Buna görə də turun qiyməti bir az baha ola bilər. Kassadan aldığımız avtobus bileti ilə turizm şirkətinin qoyduğu qiymət arasında fərq buna görədir”.

Bununla belə, Ə.Qurbanov bəzi işbazların biletləri hansısa yollarla ucuz alıb baha sata bildiyini də istisna etmir: "Ola bilər ki, bəzi şəxslər "qara bazar" yaradaraq biletlərin qiymətlərini süni şəkildə artırmaq istəyir. Bu, arzuolunmaz bir haldır. Belə halları pisləyirik və onlarla mübarizə aparırıq. Çalışırıq ki, turizm şirkətlərində belə hallar yaşanmasın. İnsanlara da məsləhət görürük ki, tur paket almaq istəyirlərsə, etibarlı şirkətlərə müraciət etsinlər. Normal işləyən turizm şirkətlərinin fəaliyyətinə bu mövzuda müdaxiləyə ehtiyac yoxdur. Çünki onlar müştəriyə həqiqətən də yaxşı xidmət göstərir. Dələduzluq halları ilə isə həmişə mübarizə aparırıq. Insanları bu baxımdan maarifləndiririk. Turizm şirkətlərini də maarifləndiririk ki, bu cür hallara yol verməsinlər. Amma nə qədər müdaxilə olunsa da, müəyyən insanlar bu xoşagəlməz işləri edirlər. Bu hallarla qaşılaşan insanlar bizə müraciət edə bilər və biz onlara dəstək ola bilərik. Eyni zamanda hüquq mühafizə orqanları bu işlər məşğul olurlar”.

“Bu tendensiya iki aydır ki, davam edirdi. Son vaxtlar belə hallar müəyyən dərəcədə azalıb. Turizm şirkətləri artıq belə turlara o qədər də maraq göstərmir. Çünki həmin qiymətlər insanların büdcəsi üçün bir qədər uyğun deyil", - deyə Ə.Qurbanov fikrini tamamlayıb.

Xatırladaq ki, bu il yanvarın 24-dən ŞuşaAğdama avtobus reysləri istifadəyə verilib. Bilet satışını həyata keçirmək məqsədilə "yolumuzqarabaga.az" saytı yaradılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar