Bazar, 22 May 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Lalə Cəfərovanın “Bir Xəzər Əfsanəsi” baleti nümayiş olunacaq

30 yanvar saat 19:00-da bəstəkar Lalə Cəfərovanın iki pərdəli baleti Azərbaycan Dövlət Akademik Opera və Dövlət teatrında nümayiş olunacaq.

Baletin səhnələşməsində iştirak edirlər: Əməkdar artistlər - Anar Mikayılov, Makar Ferştandt, solistər - Ayan Eyvazova, Seymur Qədiyev və İslam Məmmədov. Qurluşçu baletmayster Kamilla Hüseynova, musiqi rəhbəri və drijoru isə Orxan Həşimovdur.

Biletlər teatrın kassasında, Mərkəzləşdirilmiş və “Asan Xidmət”in kassalarında satılır.

Əlavə məlumat üçün telefon nömrələri: 493 31 88, 493 33 49, 050 216 53 50.

Bəstəkar Lalə Cəfərova haqqında qısa məlumat:

Lalə Tahir qizi Cəfərova 14 sentyabr 1966-cı ildə Bakı şəhərində anadan olub. 15 saylı uşaq musiq i məktəbi, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunda fortepiano sinfini (1982-1986), Üzeyir Hacıbəyl i adına Bakı Musiqi Akademiyasını 2 ixtisas üzrə : Fortepiano fakultəsi (1991), bəstəkarlıq fakultəsi (1997) və bəstəkarlığın aspiranturasını (1999) fərqlənmə diplomları ilə bitirib. Hal hazırda Musiqi Akademiyasının Dosentidir ,sənətşünaslıq namizədi,əməkdar müəllim, 5 dərs vəsaitinin müəllifidir. Beynəlxalq müsabiqələr laureatıdır. 1999 -cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. . Əsərləri Azərbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib.

Respublika və Beynəlxalq konfranslarda elmi məqalələri ilə çıxışlar edir. 2001- ci ildə ilin ən yaxşı bəstəkarı mükafatına layiq görülmüşdür. Lalə Cəfərova sİmfoniya, fortepiano və simfonik orkestr üçün 2 konsertin, simfonik süitaların, vokal, xor əsərlərinin, kamera instrumental və caz əsərlərinin , bədii-dokumental filmlərin musiqisinin,bir çox mahnıların və 5 dərs vəsaitinin müəllifidir.

2002-ci il, 2 avqust Ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə keçirilən “Azərbaycan Sərhəd qoşunları bu gün” adlı müsabiqəsinə təqdim etdiyi solist, nəfəs alətləri orkestri və xor üçün “Sərhədçi” marşına görə diplom və mükafata layiq görülüb. Dirijor Xalq artisti, professor, General-mayor Yusif Axundzadə. 2014–cü il 24 iyul tarixində Qəbələ VI Beynəlxalq Musiqi Festivalı.Fortepiano və simfonik orkestr ucun bəstələdi 2 sayli konsert.(Atasının əziz xatirəsinə həsr olunub)Solist müəllif.Dirijor: Xalq artisti Fəxrəddin Kərimov.

Əsərləri mütamadi olaraq ABŞ-da belə ki, New York .GEORGE MASON university College of visual and performing arts School of Musie . L. Jafarova :in Mugham Mode, Garavan. Dr . Nargiz Alyarova. Piano.( 2017-ci il 13 fevral). St. Mark's Episcopal Church San Francisco,New Yorkda Professor Namik Sultanovun ifasında fortepiano prelüdlərim (2018-ci il 19 may) ifa olunur. Lalə Cəfərovanın əsərləri Azərbaycanda müxtəlif səhnələrdə böyük uğurla səslənir. O “Qafqazın bu üzündə” sənədli filminə musiqi bəstələyib.(1 saatlıq.Qarabağda baş verən hadisələrdən bəhs olunur) (2020-ci il, avqust). 2021-ci ildə, 2 noyabrda ”Zəfər günü”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” konsertində onun bəstələdiyi “Zəfər Marsı”, Heydər Əliyev Sarayında Ü.Hacıbəyli adına Az.Döv. Simfonik orkestri, Xor Kapellası və solist - Fəxri Kazım Nicatın ifasında uğurla səsləndi. Dirijorlar; Xalq artisti Fəxrəddin Kərimov, Xalq artisti Gülbacı İmanova. Əsər, Ali Baş Komandan Cənab Prezident İlham Əliyevə həsr olunmuşdur. 30 illik pedaqoji fəaliyyəti ərzində yetişdirdiyi tələbələri hal hazırda Respublikanın müxtəlif musiqi müəssisələrində fəaliyyət göstərir və fəxri adlarla təltif olunublar.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Deputat: “Sizcə, mənim oğlum, ya qızım müxalifətçi ola bilərmi?”

Avropanın “sanksiya fırıldağı”: Almaniya və İtaliya Rusiyadan qaz almaq üçün rublla hesablar açmağa icazə verdi

Gürcüstandan gələn azərbaycanlı din xadimlərinin Ağdama səfəri başlayıb - Yenilənib

Şuşada Milli Məclisin komitələrinin birgə iclası keçirilib - Yenilənib

Gənclər və İdman Nazirliyində qanunsuzluqlar aşkarlandı

Səlim Müslümov müalicə müəssisəsinə köçürüldü

Ölkəni bürüyən “Poz Qazan” fırtınası... - Küçə qumarı dövlət səviyyəsində niyə kimlərinsə monopoliyasına verilir?

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeni dəyişikliklər var?

Gömrükdə baş verən özbaşınalıqlara nə vaxt son qoyulacaq? — Səfər Mehdiyev sahibkarları Prezidentə qarşı çevirir - Video

Ən çox oxunanalar