Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sahil Babayevin nazirliyi daha bir Qazini intihar həddinə çatdırıb - "Bezmişəm artıq!"

44 Günlük Vətən Müharibəsində fədakarlıq edərək, torpaqlarımızı düşməndən azad edən Qazilərimizə olan saymamazlıq davam edir.

Müharibənin bitməsindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də döyüşlərdə iştirak etmiş və yaralanmış Qazilərimizin statusu müəyyən edilməyib. Yaralananlara isə əlillik dərəcəsi verilməyib.

Qeyd edək ki, məhz bu laqeydlik səbəbindən indiyə qədər bir neçə Qazimiz intihar edib. Lakin davam edən bu özbaşınalıq və hökumətin yarıtmaz əməlləri üzündən daha bir Qazi intihar edəcəyini açıqlayıb. Daha doğrusu, düşdüyü ağır durumdan dolayı intihardan başqa yolunun qalmadığını deyir.

Söhbət Cəbrayıl uğrunda gedən döyüşlərdə ağır yaralanmış Rəşid Nuraxmedovdan gedir. JAMAZ.İNFO bildirir ki, Nuraxmedov Cəbrayıl uğrunda gedən döyüşlərdə hərbi maşının vurulması nəticəsində ağır yaralanıb. Belə ki, onun bədəni ağır şəkildə yanıb, gözlərindən və əlindən ciddi xəsarət alıb. Hadisə şahidlərininsözlərinə görə, düşmən tərəfindən vurulan hərbi maşınmızda olan heyətin hamısı Şəhid olub. Onlardan yalnız Rəşid Nuraxmedov sağ qalıb. O da yarıcan vəziyyətdə.

Bildirək ki, bir əli işləməyən, ciddi görmə problemi ilə üzləşən Qazimizə indiyə qədər nə əlillik dərəcəsi verilib, nə də təqaüd kəsilib. Əksinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilıdiriblər ki, Rəşidin gözləri düzəlib və o, işləyə bilər. Halbuki Qazimizin bir əli işləmir. Gözləri isə görmür. Bədənindəki yanıqlar da tam sağalmayıb.

Özü deyir ki, qapılarda qalıb. “Çarəsiz durumdayam. Rəsmi qurumların qapılarında qalmışam. Deyirlər ki, işləyə bilərəm. Gözlərim yaxşı görmür. Bir əlim isə işləmir. Necə işləyim? İntihar etmək istəyirəm. Bezmişəm artıq”.

Bu əsnada onu da bildirək ki, Rəşid Nurəhmədov müharibədə ağır yaralandıqdan sonra uzun müddətdir müalicə alır. O, müharibədən əvvəl işlədiyi yerdən də çıxarılıb. Səbəb kimi, əmək fəaliyyətinə yararsız olması göstərilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli oldu

Ən çox oxunanalar