Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Soçi görüşü öncəsi hər kəsi maraqlandıran suallara cavab verdi... - Bəs Yeravan sülh istəyirmi?

Ermənistanın baş nazirinin “Facebook” səhifəsində jurnalistlərin suallarına verdiyi cavablardan çıxış edərək demək olarmı ki, Yeravan və Bakı sülhə getmək üçün yol var? Yoxsa, bu yol ancaq yeni müharibədən keçəcək?..

Politoloq: “Paşinyanın dünənki çıxışında istifadə etdiyi fikirlərə nəzər yetirsək, təəssürat belə olar ki, Paşinyan ümumi sülhə getmək niyyətində deyil”.

“Son həftələr ərzində baş verən hadisələr və Paşinyanın fikirləri əsasında demək olar ki, Ermənistanın vəziyyəti qəlizləşdirmək, formatları dəyişmək istiqamətdə olan fəaliyyətləri uğursuzluq nəticələnib”.

Bu sözləri politoloq Fərhad Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki çıxışını PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırıb. Paşinyan demək olar ki, Azərbaycanla Ermənistan arasında gərginliyə səbəb olan və sülh üçün həll edilməsi vacib olan bütün aspektlərə toxunub. Hər şeydən əvvəl Ermənistanın baş naziri hesab edir ki, Qarabağ məsələsi ərazi mübahisəsi deyil və buna görə də bu məsələnin Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması əlaqələndirilməməlid­ir. Paşinyana görə Qarabağ məsələsi ancaq ATƏT-in Mins qrupu çərçivəsində həll oluna bilər.

Bundan başqa Paşinyan anklavların geri qaytarılması üçün heç bir hüquqi əsasın olmadığını da qeyd edib. AzərbaycanErmənistan arasında sərhədlərin demarkasiya və delimitasiyasına gəlincə isə, Soçidə bu məsələ ilə bağlı komissiya yaratmaq haqqında sənəd imzalana bilər: “Suallardan belə başa düşdüm ki, sərhədlərin demarkasiya və delimitasiyasının nəticələrinə dair sənədin imzalanması təəssüratı yaranıb. Əsla belə deyil. ErmənistanAzərbaycanın imzalaya biləcəyi potensial sənəd sərhədlərin demarkasiya və delimitasiyası üzrə komissiya yaratmaq haqqında ola bilər”, - deyə Ermənistanın baş nazir qeyd edib.

Bir il müddətində davamlı olaraq istər Azərbaycanda, istərsə də Ermənistanda müzakirə mövzusu olan “Zəngəzur dəhlizi”nə gəlincə isə, Paşinyan bildirib ki, belə bir dəhliz olmayacaq. Paşinyana görə üçtərəfli bəyanatda “dəhliz” sözü olmadığına görə heç bir dəhliz də müzakirə mövzusu deyil. Bundan başqa Paşinyan bildirib ki, Azərbaycanın Naxçıvanla əlaqəsini təmin edəcək yolu məhz Ermənistan müəyyənləşdirəcək. Bu Ermənistanın suveren hüququdur.

Ümumilikdə Soçi görüşü öncəsi Paşinyanın ictimaiyyətə verdiyi açıqlamalardan belə görünür ki, hazırda Azərbaycanla Ermənistan arasında əsas mübahisəli məsələlərdən heç biri öz həllini tapmayacaq və belə görünür ki, Ermənistanın əsas məqsədi münaqişəni dondurmaq və öz maraqlarına uyğun olan vaxta qədər gözləməkdir. Ermənistanın bu gün aparmaq istədiyi danışıqların məqsədi isə Rusiyadan və Qərbdən münaqişənin dondurulması ilə bağlı təminat almaqdan başqa bir şey deyil.

Ümumilikdə Nikol Paşinyanın dünənki çıxışını necə dəyərləndirmək olar? Ermənistanın baş nazirinin “Facebook” səhifəsində jurnalistlərin suallarına verdiyi cavablardan çıxış edərək demək olarmı ki, Yeravan və Bakı sülhə getmək üçün yol var? Yoxsa bu yol ancaq yeni müharibədən keçəcək?..

Mövzunu PİA.az ın əməkdaşı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Azərbaycanın tələb etdiyi sülh müqaviləsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və s. məsələlərə Paşinyan getməyəcək. O bunu dünən jurnalistlərin suallarını cavablandırakən nümayiş etdirdi”.

Daxili siyasi kontekstdə Paşinyanın Ermənistan müxalifətinin ona qarşı səsləndirdiyi bütün ittihamlara cavab verdiyini nəzərə çatdıran politoloq PİA.az-a bildirib ki, Paşinyan bəzi məsələlərdə reallıqdan çıxış edir:

“Paşinyanın dünənki çıxışında istifadə etdiyi fikirlərə nəzər yetirsək, təəssürat belə olar ki, Paşinyan ümumi sülhə getmək niyyətində deyil. Yəni Paşinyanın yenidən status haqında danışması, Azərbaycanın ərazi bütövlüyünün Qarabağsız tanınması və s fikirləri bizə Ermənistanın sülhə getməyəcəyini deyir. Amma son həftələr ərzində baş verən hadisələr və Paşinyanın fikirləri əsasında da demək olar ki, Ermənistanın vəziyyəti qəlizləşdirmək, formatları dəyişmək istiqamətdə olan fəaliyyətləri uğursuzluq nəticələnib.

Dünən Ermənistanın xarici işlər naziri qeyd etdi ki, Türkiyə ilə münasibətlər haqqındakı məlumatı Rusiya tərəfə ötürüblər. Bildiyimiz kimi yayda Paşinyan Gürcüstan vasitəsilə Türkiyə liderinə mesaj yollamışdı. Türkiyə lideri də açıq-aşkar buna cavab vermişdi və şərtlər irəli sürmüşdü. Elə təəssürat yaranır ki, Ermənistan Rusiyaya müraciət etməklə özünün təsəbbüskarı olduğu prosesin uğursuzluqla nəticələndiyini etiraf etdi.

Fərhad Məmmədov: “Böyük ehtimalla Paşinyan sərhədlərlə bağlı prosesə razılıq verəcək. Cəmiyyəti də buna hazırlayıb”.

Digər tərəfdən Paşinyan formatlarla bağlı dəqiq fikir bildirdi. O bildirdi ki, əsas format üçtərəfli formatdır. Minsk qrupunda isə humanitar məsələlər müzakirə olunur. Bu da o deməkdir ki, böyük ehtimalla Rusiya üçtərəfli formatı itirmək istəmir və Paşinyan bunu təsdiqlədi. Əsas məqamlar bunlardır.

Başqa bir əsas məqamlardan biri də budur ki, daxili siyasi kontekstdə Paşinyan Ermənistan müxalifətinin ona qarşı səsləndirdiyi bütün ittihamlara cavab verdi. Qeyd edim ki, Paşinyan bəzi məsələlərdə reallıqdan çıxış edir. Həm Azərbaycan əraziləri, həm də sərhəd prosesi ilə bağlı Paşinyan reallığı dedi. Böyük ehtimalla Paşinyan sərhədlərlə bağlı prosesə razılıq verəcək. Cəmiyyəti də buna hazırlayıb.

Lakin Azərbaycanın tələb etdiyi sülh müqaviləsi, Azərbaycanın ərazi bütövlüyünün tanınması və s. məsələlərə Paşinyan getməyəcək. O bunu dünən jurnalistlərin suallarını cavablandırakən nümayiş etdirdi”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar