Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanınmış telejurnalistin həkimə qarşı iddiası üzrə ekspertiza təyin edilib

Nərimanov rayon Məhkəməsində tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun cərrah-uroloq Araz Bayramova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

PİA.az-ın xəbərə görə, hakim Vüqar Quliyevim sədrliyi ilə keçirilən prosesdə həkimin əməliyyat zamanı səhvinin olub-olmadığını müəyyən etmək üçün ekspertiza təyin edilib.

Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlov bu ilin fevralı ayında Bakıdakı “Buta” Klinikasında cərrah-uroloq Araz Bayramov tərəfindən böyrəyindən əməliyyat olunub. Bundan sonra onun səhhətində ciddi problemlər yaranıb.

İddia ərizəsində qeyd olunub ki, adıçəkilən klinikada uroloq Araz Bayramovun təyinatı üzrə fevralın 6-da A. Gözəlovdan əməliyyat öncəsi sağlamlığının əməliyyata hazır olub-olmadığını müəyyən etmək üçün qan analizləri götürülüb. Fevralın 18-də A. Gözəlov əməliyyat olunub. Əməliyyatdan ayılan kimi A. Gözəlovun səhhətində ciddi problemlər müşahidə olunub. Ailəsinin iddiasına görə, klinikanın stasionar şöbəsinin baş tibb bacısı vəziyyəti ciddiyə almayıb, cərrah-uroloqsa vəziyyətdən 1 sutka sonra xəbərdar olub. Belə ki, zərərçəkən əməliyyatdan sonra anlaqsız vəziyyətdə olub, nitqində çox ciddi qüsurlar müşahidə edilib, üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozu ilə 5 aydır müalicə alır.

Xəstənin ailəsi və "Buta" Klinikasında nevroloq olmadığına görə kənardan dəvət olunan nevroloqun təkidi ilə 10 gün sonra olunan MRT müayinəsi zamanı müəyyən edilib ki, Anar Gözəlov əməliyyat vaxtı ikitərəfli beyin infarktı keçirib.

Zərərçəkən iddia qaldıraraq həkim Bayramov Araz Eldar oğlunu məhkəməyə verib.

Telejurnalist Günel Gözəlova həkimin cəzalandırılması, əməliyyatda baş verənlərin ciddi araşdırılması üçün Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Səhiyyə Nazirinin müavininə məktubla şəxsən müraciət edib.

Günel Gözəlovanın qeyd olunan məktubu ilə bağlı hazırda məhkəmədən kənar Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar