Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tural Gəncəli AŞPA-da Ermənistanın mina xəritələrini verməməsindən danışıb

"Məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərə düçar olan insanlar daha çox olur".

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Tural Gəncəli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında xroniki və uzun sürən xəstəliyi olan insanlara qarşı ayrı-seçkiliyə həsr olunmuş qətnamə layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzünün daha bir ağır nəticəsi azərbaycanlı məcburi köçkünlər arasında uzun sürən və xroniki xəstəliklərin çox olmasıdır: "Biz pendemiya dövrünü yaşayırıq. Bu böhran vəziyyətdən əsas əziyyət çəkən insanlar məcburi köçkünlərdir. Mənim tanışlarım, dostlarım, valideynlərim, qohumlarım Ermənistanın təcavüzü nəticəsində 30 il bundan əvvəl Dağlıq Qarabağdan qaçqın düşüblər. Məcburi köçkünlərin həyat səviyyələri daha çətin, habelə yaşadıqları mənzillərdə şəraitləri daha çətin olur. Məcburi köçkünlər emosional stresə daha artıq məruz qalırlar. Bütün bunlar da onlalarda xroniki və uzun sürən xəstəliklərin yaranmasına səbəb olur".

T.Gəncəli Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə Ermənistan tərəfindən basdırılmış minaların yerini göstərən xəritələrin verilməsinin vacibliyi məsələsinə də toxunub: "Ermənistan Qarabağda minaladığı ərazilərin xəritəsini verməlidir ki, bu insanlar geriyə, doğma torpaqlarına qayıda bilsinlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Ən çox oxunanalar