Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Azərbaycan təxribatlara hazır olmalıdır”

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 14-də ərazi iddialarını yenidən gündəmə gətirərək “Bütün Dağlıq Qarabağın qaytarılması”ndan danışıb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu mövzuya diqqət yetirib:

“Beynəlxalq ekspertlər bu ritorikanı təcavüzkar adlandıracaqlarmı, yoxsa onlar birtərəfli şəkildə əsassız olaraq yalnız Azərbaycanı günahlandıracaqlar? Bütün bunlar Azərbaycanı “qələbədən qırağa baxmaq” və “səxavətlilik nümayiş etdirmək” kimi mənasız tövsiyələrə məhəl qoymamağa məcbur edir”.

Azərbaycan Kəlbəcərdə ermənilərin evləri qarət etməsinə və yandırmasına baxmayaraq rayonun boşaldılması üçün verilən vaxtın 10 gün uzadılmasına imkan yaratdığı, Birinci Qarabağ müharibəsindən bu yana 4000 azərbaycanlının hələ də itkin olduğu bir vaxtda 1500 erməni əsgərinin meyitini təhvil verdiyi, Gorus-Qafan yolu, Rusiya qazının Ermənistana nəqli və humanitar yük üçün Azərbaycan ərazisindən istifadəyə razılıq verdiyi halda bütün bunlar qiymətləndirilmir”, - deyə F.Şəfiyev əlavə edib.

Ekspert söyləyib ki, halbuki azərbaycanlılar 30 illik müharibə və işğalın acı və itkilərindən hələ də qurtulmayıb.

“Ötən günlər keçirilmiş "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans zamanı verilən bəzi suallar göstərdi ki, bəzi beynəlxalq ekspertlər daha çox ermənilərin taleyinə görə narahatdırlar. Azərbaycanın yeganə yolu hərbi imkanlarını daha da gücləndirmək və təxribatlara hazır olmaqdır.

ATƏT-in Minsk qrupunun son bəyanatını da konstruktiv adlandırmaq olmaz. Onlar anlamalıdırlar ki, Azərbaycan öz ərazilərini bərpa etməyə nail oldu. Hazırda onların işi AzərbaycanErmənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqla iki ölkə arasında sülh razılaşmasının imzalanmasına nail olmaq istiqamətində qurulmalıdır. Əks halda qrupun işinin heç bir əhəmiyyəti qalmır. Bununla yanaşı, Azərbaycan Ermənistandan olan azərbaycanlı qaçqınların taleyi, Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması, Ermənistanın Gəncə, Bərdə və digər şəhərlərdə dinc əhaliyə bombalar yağdırmasına görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə yanaşı onların mülklərinin bərpası məsələsini danışıqlar gündəminə gətirməlidir. Ermənistanda Azərbaycana məxsus mədəni irsin qorunması məsələsi ilə bağlı YUNESKO missiyasının hər iki ölkəyə səfəri tələb edilməlidir. Azərbaycanın keçmiş işğal olunmuş ərazilərinin tamamilə dağıdılması və talan edilməsinə dair təzminat məsələsi isə başqa bir vacib istiqamətdir. Nəhayət, qlobal və regional oyunçuların həm regionun əhalisi, həm də öz mənafeləri naminə uzunmüddətli mənfəətlər barədə düşünmək əvəzinə, şəxsi maraqlardan çıxış etməsi təəssüf doğurur”, - deyə F.Şəfiyev fikrini yekunlaşdırıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Ən çox oxunanalar