Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta yollarla pensiya alanları hansı cəza gözləyir?- Ekspert açıqladi

"Saxta pensiya və əlillik düzəldənlər faktiki olaraq oğru sayılır. Yəni, fondun pulunu oğramaqla məşğuldurlar”.

Bunu hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, həmin vətəndaşlar 320-ci maddəyə görə cinayət məsuliyyəti daşıyır:

"Təəssüf ki, belə hallar var. İnsanlar özlərinə saxta əlillik sənədi düzəldib pensiya alırlar. Cinayət məcəlləsinin 320-ci maddəsinə görə, bu hallara yol verənlər məsuliyyət daşıyır. Amma həmin sənədlərdən istifadə edənlər də məsuliyyət daşıyır. 320-ci maddəyə görə, saxta pensiya sənədindən istifadə edənlərin də məsuliyyəti var, onlar 1000 manatdan 2 min manata kimi cərimə oluna bilər. 240 saatdan 300 saata kimi ictimai işlərə cəlb oluna, yaxud bir ilədək islah işləri, azadlıqdan məhrum edilə bilər”.

Vəkilin fikrincə, saxta əlillik və pensiya alanlar həmin pulu dövlətə qaytarmalıdır:

"Onlar bu günə kimi aldıqları pulu dövlətə qaytarmaqla canlarını qurtara bilərlər. Çünki onların özü üçün də cinayət məsuliyyəti var. Bu məsələyə ciddi yanaşmaq lazımdır. Dövlət Sosial Müdafiə Fondu limitsiz pul mənbəyi deyil. Əlbəttə ki, belə saxta işlər olmasa, dövlət büdcəsindən maliyyələşməyə ehtiyac olmaz, fondun maliyyəsi daha çox olar. Doğrudan da əlil və pensiya alan vətəndaşların pensiyasının artırılması gündəmə gələ bilər”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlamasında saxta əlilliyi olan şəxslərdən danışıb. Nazir "araşdırmalar aparılan dövrdə 17 mindən çox saxta əllilik, 90 minə yaxın pensiya işi ləğv edilib”, - deyib.(Qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

Ən çox oxunanalar