Çərşənbə axşamı, 20 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Qaradağ RİH-də Xocalı faciəsinə həsr olunmuş videokonfrans keçirildi

Fevralın 26-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi ilə Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş videokonfrans keçirildi.

Videokonfransda Milli Məclisin deputatı Səbinə Xasayeva, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Şura üzvləri, aparatın şöbə müdirləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan şəhid ailələrinin üzvləri iştirak edirdilər.

Videokonfransı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov açaraq faciə ilə əlaqədar çıxış etdi. Qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı, qəddar səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi.

Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Heydər Əliyev” Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat aparılır, erməni vandalizminin bütün gerçəklikləri dünyaya nümayiş olunur.

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayıblar.

Qaradağ rayonunda da Xocalıdan 189 ailə (onlardan 29-u şəhid ailəsi) məskunlaşıb.

44 günlük Vətən Müharibəsinin nəticələri bütün xalqımız kimi xocalıların da coxillik qanayan yarasına məlhəm oldu. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən düşmən tapdağında olan torpaqlarımızın erməni işğalından azad olunması hər birimizi qürurlandırır. Yerlə yeksan olmuş torpaqlarımız minalardan təmizlənir, yollar çəkilir, şəhərlərimizdə, kəndlərimizdə infrastruktur qurulur. Dövlət başçımız müharibədən sonra Şuşaya və digər şəhərlərimizə səfər edib, bayrağımızı ucaldıb, vacib obyektlərin təməlini qoyub, böyük quruculuq işlərinin anonsunu verib. Dövlət başçımızın rəhbərliyi ilə qısa müddətdə viran qoyulmuş torpaqlarımız abadlaşacaq, yeniyaşayış məskənləri tikiləcək, qaçqınlarımız nəhayət öz yurd-yuvalarına dönəcəklər.

Dünən Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə iştirakçılarına mənzillərin təqdimetmə mərasimində Prezident İlham Əliyev demişdir: “Gənc, vətənpərvər, vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax bu nəsil torpaqlarımızı azad etdi. Əslən o torpaqlardan olan, ancaq o torpaqları heç vaxt görməyən gənclər aslan kimi vuruşdular. Bütün Azərbaycan xalqı bir yumruq kimi birləşərək düşməni məğlub edib, torpaqlarımızı işğaldan azad etdilər. Xocalı qurbanlarının da qanı 2-ci Qarabağ Müharibəsində alındı.”
Tarixi ədaləti Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz Vətən Müharibəsində bərqərar etdi.

Milli Məclisin deputatı Səbinə Xasayeva öz nitqində tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsinin aşkar bir gerçəklik olduğunu da iştirakçıların nəzərinə çatdırdı və bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd etdi.

Sonra rayonda məskunlaşmış Xocalı şəhid ailələri adından çıxış edən Fəridə Cabbarova bildirdi ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı iştirakçılara təşəkkürünü bildirdi və növbəti görüşlərin abad Qarabağ torpağında keçirilməsi arzusu ilə yekunlaşdırdı.

Qaradağ rayonu ərazisində məskunlaşmış 29 Xocalı şəhir ailəsinə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardım verilmişdir.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Azərbaycana Rusiyadan Duqinin dili ilə tələb - Ölkəmiz KTMT və Aİİ-yə üzv olacaq?

Prezidentin vəzifədən azad etdiyi məmur haqda maraqlı faktlar

Azərbaycana raket zərbələrini Rusiyanın endirdiyi etiraf edildi! - Video

Ramazan bayramı ərəfəsində qeyri-iş günləri açıqlandı, karantin rejimində dəyişiklik edildi

İlham Əliyev Ramiz Həsənovu vəzifəsindən azad etdi 

“Bu çox gülünc bəyanat idi” - Ərəstun Orucludan Xanlar Vəliyevin “Tərtər İşi” ilə bağlı açıqlamasına şərh

Rüşvət alan daha 3 vəzifəli şəxs həbs edildi

Peskov yenə ağzına gələni danışır - Kremlin boğazında sümük qalıb

“Tender kralı“ Hacı Ramazan yeni fabrik tikdirir?

Mədəniyyət naziri və müavinləri “Şöhrət“ ordenli Xalq artistinin dəfninə qatılmadı

“Azercell Telekom”a yeni prezident təyin olunub

Ən çox oxunanalar