Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə daha bir beynəlxalq qurumun rəhbərliyində təmsil olunacaq

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla video formatda görüş keçirib.

QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşün təşəbbüskarı olan Baş katib Şeyxülislam həzrətləri ilə bilavasitə tanış olmaq, daimi əlaqənin bünövrəsini qurmaq, habelə İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əməkdaşlığın mümkün aspektləri barədə söhbət açmaq niyyətini bildirib.

Görüş zamanı Məhəmməd Əbdül Salam Şeyxülislam A.Paşazadənin dinlər və sivilizasiyalar arası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib və rəhbərlik etdiyi qurumun Azərbaycanla fəaliyyət qurmaq istəyini açıqlayıb.

Məhəmməd Əbdül Salam məlumat verib ki, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib arasında imzalanan İnsan Qardaşlığı Sənədi əsasında yaradılmış İnsan Qardaşlığı Ali Komitəsinə dünyada tanınan dini lider, alim və mədəniyyət xadimləri daxildir.

Ali Komitə üzvlərinin miqyasını genişləndirmək istəyində olduqlarını bildirən Baş katib qurumlarının may ayında baş tutacaq növbəti iclasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin namizədliyinin müzakirə və təsdiq olunması barədə niyyətlərini açıqlayıb. O vurğulayıb ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədləri daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb və məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq, təbliğ etməkdir.

İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi salamlayan QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələr ölkəsidir. O bildirib ki, Azərbaycan dövləti ölkə prezidenti və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir, dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi olaraq bu müstəvidə çoxşaxəli fəaliyyət göstərir və QMİ nəzdində bu məramla 2017-ci ildə Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunub.

Mərkəzin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlər – dini lider və ictimai xadimlərin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər yetkililərinin bu sırada olmalarından məmnun olduğunu qeyd edib.

QMİ sədri Abu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq, bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirib.

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrə böyük əhəmiyyət verdiyini vurğulayan Şeyxülislam A. Paşazadə Dubay əmiri Şeyx Zahidlə olan görüşlərini məmnunluqla xatırladıb. QMİ sədri pandemiya dövrü bitəndən sonra Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib və Baş Katib cənab Salamı Azərbaycanda görməkdən şərəf duyacağını bildirdi. Bu dəyərli şəxsiyyətlərin Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmələrinin vacibliyinə diqqəti çəkən Şeyxülislam A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanlandığı məktublarda bu haqlı, ədalətli mücadilə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş etməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırlatdı və Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə görə təşəkkürünü ifadə edib.

Katib QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzun müddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirdi. O, BMT-nin İnsan Qardaşlığı Sənədinin imzalanması ilə əlaqədar təsis etdiyi 4 fevral – Beynəlxalq İnsan həmrəyliyi günü keçiriləcək videokonfransda iştirak və müraciət etməsini QMİ sədrindən xahiş etdi. Şeyxülislam A. Paşazadə xahişi müsbət qarşıladı və İnsan Qardaşlığı Ali Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında gələcək əməkdaşlığın daha yüksək səviyyədə inkişafı üçün səy göstərəcəyini deyib.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ən çox oxunanalar