Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?

Gəncədə ermənilərin dağıtdığı məktəblərdə tədris necə davam edəcək?

Ermənilərin Vətən müharibəsi zamanı Gəncəyə atdığı raket atəşləri nəticəsində dağıdılan məktəblərdə tədrisin necə davam edəcəyi açıqlanıb.

PİA.az Trend-ə istinadən bildirir ki, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, raket atəşləri nəticəsində Gəncədə ümumilikdə 9 məktəbə ziyan dəyib.

A.Qədiməliyev əlavə edib ki, şəhərdəki 4 və 29 saylı məktəblərə ciddi ziyan dəyib. 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdə olduğu üçün təmir ediləcək. Məktəbin digər korpuslarında isə tədris davam etdiriləcək:

"29 nömrəli məktəb köhnə olduğu üçün terror aktı nəticəsində ora ciddi ziyan dəyib. Həmin məktəbdə tədris dayandırlıb. Məktəbin 929 şagirdi yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə tədrisini davam etdirəcək".

A.Qədiməliyev qeyd edib ki, digər məktəb binalarında pəncərə şüşələri qırılıb:

"7 məktəbin bir neçəsinin pəncərə və çərçivələrinin təmiri bitib, bir neçəsinin təmiri üçün də iş aparılır. Bunlar da fevralın 1-ə qədər tam təmir olunub istifadəyə veriləcək".

pia.az 


Etiket: Məktəb


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli oldu

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

Ən çox oxunanalar