Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib - Video

Paytaxt Bakının kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib.

Bakı şəhərinin bütün rayonlarında, təsdiq edilmiş tədbirlər planına uyğun olaraq payız-qış mövsümünə hazırlıq tədbirləri tamamlanıb. Əvvəlcə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, sonra isə bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb və əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib. Belə ki, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq, rayonlarda payız-qış mövsümünə hazırlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıq və görülən işləri yoxlayırlar.

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynovun sözlərinə görə, bu işlər çərçivəsində davamlı olaraq monitorinqlər keçirilib: “Mənzil-Kommunal Təsərrüfatı departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin balansında olan 50-dən çox qış texnikası növbəti il cari təmir edilərək start xəttinə düzülüb. Əlavə olaraq 5000 tondan çox texniki duz vasitəsi alınıb. 24 saatlıq iş rejimi tətbiq edilib. Bütün rayonlar üzrə tərəfimizdən təhkimçi-işçi qruplar təmin edilib və mütəmadi olaraq İcra Hakimiyyətində yaradılan 24 saatlıq qərargahla mütəmadi əlaqə saxlayırlar”.

Bundan başqa, şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılıb.

Qeyd edək ki, bütün texniki təchizat vasitələri bir neçə dəfə yoxlanış prosesindən keçirilib və hava şəraitindən asılı olaraq, ictimai nəqliyyatın fəaliyyətinə çətinlik yaranmaması üçün təmizlik işlərinin gecə saatlarında görülməsi planlaşdırılıb.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - Fotolar

Ukrayna uğrunda Rusiya-NATO müharibəsi ola bilər?

Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Nəsimi rayonunda Ümummilli lider Heydər Əliyevə həsr edilmiş futbol turniri başa çatıb

Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanılıb

Ən çox oxunanalar