Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gəncədə COVID-19 xəstələrinə cinayət işi başlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının (ŞBPİ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar zamanı aşkar olunub ki, şəhər sakini Orxan Məmmədovun koronavirus testinin nəticəsi pozitiv çıxması, özünü təcrid edərək yaşadığı evdə müalicə almalı olduğu halda şəhər ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsinə gələrək, orada işləməsi beləliklə müştərilərlə mütəmadi təmasda olaraq onlara infeksiyaya yoluxma təhlükəsi yaradıb. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib.

Bundan başqa ŞBPİ-nin əməkdaşları şəhər ərazisindəki stasionar postda xidmət aparan zamanı şəhər sakini Elnurə Verdiyevanın da təcrid qaydalarına riayyət etməyərək, sağalmadan yaşadığı evi tərk etməsini aşkar edib. Vətənadaşa pandemiya barədə ümumi məlumat verilərək yaşadığı evə göndərilib.

Davam etdirilən tədbirlər nəticəsində şəhər sakini Sənan Hacıyevin də yaşadığı ünvanı tərk etməsi və beləliklə “Covid-19” virusunun yayılmasına şərait yaratması aşkar edilib. Polis əməkdaşları tibbi prosedurlar gözləməklə onu yaşadığı evə göndərib.

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə aparılan tədbirlər nəticəsində Gəncə şəhərində ümumi 30 nəfərin xəstəliyə yoxluxduğu halda yaşayış yerini tərk etməsi aşkarlanıb ki, həmin şəxslər barəsində Gəncə şəhər baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, araşdırmalar davam etdirilir.

pia.az


Etiket: Gəncə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar