Şənbə, 05 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Rusiya Dağlıq Qarabağa desant atır?

Rusiya Ermənistanı Azərbaycanla müharibədə qaçılmaz məğlubiyyətdən xilas etmək üçün bu ölkəyə yeni silah-sursat partiyası çatdırmağa məcburdur.

Bu gün Ermənistan üçün yeni silah tədarükü haqda bir sıra ölkələrin KİV-ləri yazıb.

Məsələn, Honkonqun internet nəşri olan “Asia Times” yazır ki, Dağlıq Qarabağ münaqişəsi RusiyaErmənistana pilotsuz uçan aparatlara qarşı silah göndərməyə məcbur edib.

Bildirilir ki, artıq Ermənistan ərazisinə 1rl257 "Krasuxa-4" radioelektron basqısının (REB) çoxfunksiyalı mobil kompleksləri gətirilib. Bunlar REB-in ən son və mükəmməl sistemləridir, daha doğrusu, Rusiya Silahlı Qüvvələrinin sərəncamında olan REB-lərdir.

“Krasuxa” (REB komleksi)

"Əgər bu doğrudursa və hələlik heç kim bunu inkar etmirsə," Krasuxa-4" kompleksləri artıq Rusiyanın Gümrü bazasında Ermənistanda olmalıdır", - deyə nəşr yazır.

Bu arada Ukraynanın “Dialoq” nəşri qeyd edir ki, Ermənistan üçün Dağlıq Qarabağdakı kritik vəziyyət, Rus təbliğatçılarının Gürcüstandan rəsmi icazə istəmədən bu ölkənin ərazisindən təcili olaraq Rusiya xüsusi təyinatlılarının Dağlıq Qarabağa atılmasının zəruriliyi barədə bəyanatının yaranmasına səbəb olub.

Belə ki, separatçı "dqr"  yaraqlılarına dəstəyi ilə məşhur olan "Rusiya-1" kanalının hərbi müxbiri Aleksandr Şirkov bildirib ki, guya Rusiya hərbçiləri Gürcüstandan və ya dünyanın istənilən digər ölkəsindən icazə almağa borclu deyillər.

Onun sözlərinə görə,"Rusiyanın xüsusi təyinatlıları Kremlin maraqlarına uyğun hərəkət etməli və hərbi bölmələri dünyanın istənilən nöqtəsinə atmalıdırlar".

Eyni zamanda, “replyua.net” nəşri siyasi təhlilçi Soloman Mann-ın Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsinin digər şəhərlərinə hücum etməyə hazırlaşdığı barədə bəyanatını dərc edib.

O, qeyd edir ki, Ermənistan ordusu, Azərbaycanın Ermənistanın sərhədlərini pozmamağa çalışmasından və böyük qoşun kütlələrinə nəzarət etməməsindən istifadə edərək yenidən qruplaşmanı davam etdirir.

"Görünən odur ki, Ermənistan ərazisində “tank yumruğu”, desant və motoatıcı qoşunların ən yaxşı toplarının iri qüvvələri cəmləşdirilir. Əldə edilən məlumatlara görə, rusiyalı təlimatçılar erməni qırıcı pilotlarına qızğın təlim keçirlər, hərçənd Su-30-ların şturvalı arxasına həmin təlimatçıların özlərinin oturmayacağı fakt deyil", - deyə Mann yazır...

Murad Səmədov (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Bilgəhdə üçmərtəbəli villası prezidentin tapşırığı ilə sökülən FHN-nin idarə rəisi yeni villa tikdirib

Komendant saatının ləğvi ilə bağlı açıqlama

Tofiq Zülfüqarov Musabəyovu dəstəklədi: "Türk hərbçilərinin gəlməsini istəyənlər.."

“Mehdiyev ermənilərə qarşı çıxsaydı, arvadı ona divan tutardı” - Fəzail Ağamalı

Əhmədzadənin qarabağlı müavini Füzuli uğrunda şəhidlər verdiyimiz günlərdə Londonda oğluna mənzil alıb - Foto

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı açıqlama

Zəngəzur və Göyçə də Azərbaycana qaytarılır? - Ermənilər panikadadır

Kəlbəcərdə AzTV-nin əməkdaşları ilə erməni keşişlər arasında mübahisə yarandı - Video

“Rusiyanın tör-töküntüsüdür, babası da eyni qələti edirdi” - Sərdar Cəlaloğlu Musabəyovu “yıxıb-sürüdü”

loading...

Ən çox oxunanalar