Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Le Figaro” azərbaycanlı hərbi jurnalistin müsahibəsini dərc edib

Fransanın “Le Figaro” nəşri azərbaycanlı hərbi ekspert və müdafiə sahəsində ixtisaslaşmış jurnalist Heydər Mirzənin Qarabağda davam edən hərbi əməliyyatlarla bağlı müsahibəsini dərc edib.

- Azərbaycan ordusu iki həftədir hansı strategiya üzrə hərəkət edir?

- Azərbaycan qüvvələrinin cənubda irəliləməsi Dağlıq Qarabağda erməni qüvvələrini təbii üstünlüklərindən məhrum edən uyğun relyeflə izah edilir. Bununla yanaşı, Azərbaycan ordusu şimalda Murovdağ zirvəsində də üstünlük qazandı. Strategiya düşməni cənubdan və şimaldan tutmaqdır. Hərbi əməliyyatlar teatrı yüksəkliklərə sahib olan və çox möhkəm istehkamlar quran düşmən üçün əlverişlidir.

Ermənilər hələ də mərkəzi hissəni saxlayırlar, lakin bu üstünlük bitdi. Cəbhə xətti bir neçə yerdə pozulub. Ermənistan hərbi birləşmələri əvvəl qazanmış olduqları üstünlüyü itirdilər. Münaqişənin hazırkı konfiqurasiyası Azərbaycan qüvvələrinə geniş çeşiddə imkanlar yaradır və bir çox ssenari mümkündür. Növbəti dörd gün həlledici olacaq.

- Hazırda arsenal baxımından iki tərəf arasındakı fərq necədir?

- Bizim üstünlüyümüz daha müasir hərbi texnikaya, xüsusilə də dronlara sahib olmağımızdır. “Dağlıq Qarabağ ordusu” deyilən silahlı birləşmələr mövcud deyil. Yalnız Ermənistan və xaricdən gələn könüllülərdən ibarət batalyonlar qalıb. Onların əlaqə xətləri və hərbi texnikaları məhv edilib. Ermənistan ordusunun arsenalında yalnız müdafiə əməliyyatlarına kifayət edəcək qədər silah tədarükü qalıb.

- Rəsmi Bakı İrəvanı bu son günlər Azərbaycanda, xüsusən də Gürcüstanla sərhəd ərazidə Tovuzda, mülki hədəfləri atəşə tutmaqda ittiham edir. Bu zərbələrin səbəbi nədir?

- Bu zərbələrin siyasi məqsədi Rusiyadan yardım əldə etmək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hərbi alyansının həmrəylik mexanizmini işə salmaqdır. Bu bütün istiqamətlərdə hərbi fəaliyyətlərin coğrafiyasını genişləndirməyə yönəlmiş eskalasiyadır. İkinci məqsəd Azərbaycanı cavab verməyə təhrik etmək üçün Gəncə kimi bir şəhərə, yəni mülki hədəfə zərbələr endirməkdən ibarətdir.

Ermənistan cinayət yolu ilə olsa belə dünyanın diqqətini münaqişəyə cəlb etməyə çalışır. Dünyanın diqqəti bu münaqişəyə nə qədər çox yönələrsə, bir o qədər onu dayandırmağa təzyiqlər olacaq. Çünki Ermənistan müharibə baxımından bunun pis olduğunu anlayır. Ermənistanın qınanıldığını anlaması üçün Azərbaycan ordusu daha bir-iki qələbə qazanmalıdır. Ermənistan münaqişəni daha bir 20 il dondurmaq üçün Azərbaycanın irəliləməsini dayandıracaq xarici müdaxilənin olacağına ümid edir. Lakin bu baş verməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Ən çox oxunanalar