Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ATƏT PA: "Tərəflər arasında parlament danışıqlarına ev sahibliyi etməyə hazırıq"

Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xətti boyunca silahlı toqquşmalarla bağlı xəbərlərin yayılmasından sonra ATƏT Parlament Assambleyasının prezidenti Georgi Tsereteli bugünkü hərbi tədbirləri pisləyib və sonrakı hərbi toqquşmaların və insan tələfatlarının qarşısını almaq üçün ErmənistanAzərbaycanı təmkinli olmağa çağırıb.

Tsereteli qeyd edib: "Hər iki tərəfi bölgədə yaşayan mülki şəxslərin mənafeyi naminə hərbi əməliyyatları dayandırmağa və münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında danışıqlar aparmağa çağırıram. Bu son eskalasiyadan, xüsusən də dinc əhali arasındakı ölüm xəbərləri barədə və onun regional təhlükəsizliyə yaratdığı təhdiddən çox narahatam. Bu gün həmsədrlərin bildirdiyi kimi, tərəflər vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Siyasi həll variantına alternativ yoxdur.”

ATƏT PA-nın Baş katibi Roberto Montella öz növbəsində əlavə edib ki, ATƏT Parlament Assambleyası AzərbaycanErmənistan parlamentariləri arasında dialoq üçün forum rolunu oynamağa davam edəcək: "ATƏT PA hər iki tərəfin müraciəti əsasında tərəflər arasında parlament danışıqlarına ev sahibliyi etməyə hazırdır. Minsk Qrupunun bu mübahisənin həll edilməli olduğu ATƏT platforması olduğu halda, Assambleya tərəflər arasında etimad yaratmağa kömək edərək bu səyləri tamamlaya bilər".

pia.az 


Etiket: ATƏT


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edirlər...

Ən çox oxunanalar