Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ-dan erotik filmlə bağlı açıqlama: “Qanun pozuntusu sayılmır”

Milli Televiziya və Radio Şurası (MTRŞ) "Dünya" televiziyasının efirində yayımlanan erotik səhnələrə münasibət bildirib.

Qurumun bununla bağlı mövqeyi vətəndaş tərəfindən ünvanlanan sualın cavabında öz əksini tapıb.

Belə ki, tamaşaçılardan biri sentyabrın 16-da axşam saatlarında "Dünya" televiziyasında yayımlanan "Diribaş" filmində açıq seks səhnələrinin efirə verildiyini bildirib. O, bu cür səhnələrin efirdə yayımlanmasına qanunla icazə verilib-verilmədiyini soruşub.

MTRŞ-dan cavab olaraq bildirilib ki, efirdə yayımlanan erotik səhnə qanun pozuntusu sayılmır.

“Dünya TV” kanalının efirində 16.09.2020-ci il tarixdə saat 23.00-da başlanan “Diribaş” bədii filmində erotik səhnələr (23.55-də) yer alıb. Lakin bu hal "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 9.2.1-ci maddəsinə (“16+” yaş kateqoriyasına aid informasiya məhsulları - erotik məzmunlu informasiyanın yayımı yerli vaxtla saat 7-dən saat 21-dək məhdudlaşdırılır) uyğun şəkildə yayımlandığından qanun pozuntusu hesab edilmir”.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar