Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın məşhur saytı Brüsseldəki erməni vandalizmindən yazdı

Avropanın məşhur saytı Brüsseldəki erməni vandalizmindən yazdı
Brüsseldə fəaliyyət göstərən “EU Reporter” Avropa multimedia xəbər platformasında “Azərbaycanın Avropadakı diplomatik nümayəndəliyinə misli görünməmiş hücum” adlı məqalə dərc olunub.

PİA.az-ın məlumatına görə, məqalədə 22 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə Belçikadakı erməni diasporu (Comité des Arméniens de Belgique - https://www.armencom.be) tərəfindən törədilmiş qanunsuzluqların professional və obyektiv şəkildə təsvir edilir:

“22 iyul 2020-ci il tarixində Azərbaycanın Brüsseldəki səfirliyi qarşısında erməni diasporu tərəfindən vandalizm aktları ilə müşayiət olunan zorakı nümayiş keçirilib. Bu hadisə Səfirliyin ərazisinə 19 iyul tarixində edilən hücumun davamıdır”-deyə məqalədə qeyd olunub.

Məqalədə həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 23 iyulda verdiyi bəyanatından məlumatlanaraq, radikal ermənilərin Paris, Los Anceles, Haaqa və Varşava şəhərləri də daxil olmaqla, dünyanın bir çox ölkələrində Azərbaycanın diplomatik missiyalarına və dinc azərbaycanlı nümayişçilərə qarşı hücumları ifşa edilir:

“Bu mitinqin nəticələri açıq şəkildə beynəlxalq hüququn, xüsusilə isə Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin pozulmasıdır. Bu hücumun qurbanları Belçika vətəndaşlarıdır və bütün MEP-lər (Avropa Parlamenti deputataları - Red) Belçika Hökumətinə müraciət edərək ev sahibi olaraq, onun Avropanın qəlbində bu cür zorakılığa cəlb edilənlərin hamısını cəzalandırmaq üçün Belçika qanunvericiliyinə və (Belçikanın) beynəlxalq öhdəliklərinə uyğun qətiyyət göstərməli və hərəkət etməli olduğunu bildirirlər. “

Təqdirəlayiqdir ki, elə Avropadakı erməni diasporunun öz instagram səhifəsində paylaşdığı və sözügedən vəhşiliklərini açıq şəkildə sübut edən video kadr da məqalədə yer alıb. Belə ki, bu sübut terroru dövlət siyasətinə çevirmiş Ermənistanın təcavüzdən zövq alan insanlarının simasını açıq-aydın ortaya qoyur.

Qeyd edək ki, “EU Reporter” Avropa Parlamenti deputatları da daxil olmaqla bütün Avropa İttiffaqı rəsmiləri və institutları, eləcə də Brüsseldəki siyasi qərarverici və rəy-formalaşdırıcı ali dairələr arasında ən operativ və etibarlı onlayn xəbər portalıdır. Portal izlənilmə statistikasına görə, dünyaca məhşur “New York Times” və “Wall Street Journal” ilə 8% eynilik təşkil edir, “the Guardian Online”-dan isə 6% irəlidədir.(Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - Yenilənib

Ən çox oxunanalar