Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Seyidin dönəri”, “Hacının yeri”…

Deyəsən, “Seyid cəddinə arxayındır"...

Azərbaycanda din dövlətdən ayrıdır. Bu, hər kəsin dini etiqadlarını həyata keçirməyə, müxtəlif mövqeləri təmsil etməyə imkan verir. Ancaq, deyəsən, vəziyyətdən öz mənafeləri üçün yararlananlar da var. Etiraf etmək lazımdır ki, namaz qıldığı, oruc tutduğu halda insanları aldadan, naqisliklərə əl atanlar da az deyil. Deyəsən, “Seyid cəddinə arxayındır” misalını belə yerdə işlədirlər...

  Böyük şair Bəxtiyar Vahabzadənin hələ illər əvvəl yazdığı şeirlərin birindəki misra yada düşür: “Göydə aramasın Allahı insan, hər kəsin vicdanı öz Allahıdır”. 

 Görünür, namazdan, hicabdan sui-istifadə edənlər məhz Allahı göydə axtarmaq adı ilə vicdanlarını, insanlıqlarını unudanlardır. 

Şərqşünas-alim Ceyid Camal Əzimbəylinin fikrincə, dinin fəlsəfəsini anlayanlar insani dəyərlərə zidd əməllər törətməməlidirlər:

 “Dini duyğuların istisamarı peyğəmbər dövründən olub və yəqin ki, qiyamətə qədər də olacaq. Fəqət İslamın təməl prinsiplərini bilənlər, ilahi ədalətə inananlar həmişə cəmiyyətə nümunə olmağa çalışırlar. Ölkəmizdə onların sayı yüzlərlədir. Amma əfsuslar olsun ki, dindən sui-istifadə edənlər də var. Belələri müxtəlif üsullarla insanların dini inancından istifadə edirlər. İslam qaydalarına görə, onlar ən böyük günah sahibirlər”. 

Alim, həmçinin bildirdi ki, bu cür adamlara qarşı ciddi mübarizə aparılmalıdır: 

“Dediyim kimi, Azərbaycanda dinin fəlsəfəsini başa düşən və onun tələblərinə  tam məsuliyyətlə əməl edən kifayət qədər inanclı insan var. Bu, həm də dövlətin milli-mənəvi dəyərlərin təminatçısı olması ilə bağlıdır. Dünyanın heç bir ölkəsində belə şərait yoxdur. Lakin hər kəsin məqsədi eyni deyil. Dindar adı altında harama əl atanlar, dini ləkələyənlər də var.

Məsələn tez-tez şəhərdə “Seyidin dönəri”, “Hacının yeri” kimi obyekt adlarına rast gəlirik. Bu, insanlaırn hissləri ilə oynamaqla yanaşı, həm də dinə təhqirdir.

Onlara əməllərinin düzgün olmadığını dəfələrlə demişəm. Belələrinə qarşı mübarizə aparılması üçün vahid konsepsiyanın yaradılmasını zəruri hesab edirəm. Və, məncə, reklam qanunvericiliyinə dəyişiklik olunmalı, dini adlardan, terminlərdən istifadə edənlər cərimələnməlidirlər. Mən ideya müəllifi və aparıcı olduğum “İnam” verilişində hər dəfə bu mövzunu qaldırıram. Əslində kəskin mövqeyimə görə xeyli düşmən də qazanmışam. Bir daha təkrar edirəm, Azərbaycanda inamlı təbəqə kifayət qədərdir.

Yəni məsələyə birtərəfli yanaşmaq düzgün deyil. Sadəcə dindən sui- istifadə edənləri də zərərsizləşdirmək lazımdır. Bunun üçün maariflənmə və ictimai qınaqla yanaşı, dövlət səviyyəsində də addımlar atılmalıdır”.(Sherg.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar