Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimovun sözçüsü ilə Adnan Oktarı nə bağlayır? - Şok detallar

Martın 17-də FETÖ ilə işbirliyi səbəbi ilə saxlanılan Mübariz Mənsimovun həbsinin ardından iş adamının günahsız olması və bəraət etməsi üçün çalışan Dr. Seyfullah Türksoy ilə bağlı maraqlı iddia ortaya atılıb...

Yenisabah.az “Haberglobal”a istinadən xəbər verir ki, uzun illərdir fərqli kanallarda yayımlanan “Türksoy ilə İpəkyolu” verilişin müəllifi olan Türksoy “Youtube” kanalı başda olmaqla, “Facebook” və “İnstagram”dakı canlı yayımlarda müxtəlif hüquqşünas və akademiklərlə təşkil etdiyi verilişlərdə Mənsimovun günahsız olduğunu və təcili sərbəst buraxılmasını dilə gətirib.

“Haber Alternativ”dən Cəlal Ərən Çəlikin yazdığına görə, Türksoyun sahibi olduğu “İpəkyolu” jurnalı vasitəsilə terror təşkilatı qurmaq və idarə etmək maddəsi ilə həbs olunan Adnan Oktarla əlaqələrinin olması ortaya çıxıb.

Çəlik yazısında bunları vurğulayıb: "“Türksoy “İpəkyolu” jurnalındakı yazılarında Adnan Oktara mədhiyələr düzürdü. Oktarı jurnalın əsas səhifəsində yer alan bölmədə qonaq kimi qəbul etmək istədiyi, A.Oktarın isə bu jurnalı öz kanalı olan “A9”da reklam edərək Türksoya “Tam bir Osmanlı övladı” deyərək təriflər yağdırdığı və “Bizim uşaqlar da burda yazır elə deyilmi?” deyə yanındakı “kediciklər”lə söhbət etdiyi görüntülər ortaya çıxdı. Daha sonra Türksoy ilə Oktar arasında münasibətlər daha da genişləndi və onlar “A9”da Seyfullah Türksoyun Oktarı bolca təriflədiyi verilişlərə çıxdılar.

“Xəbəri olmayan QHT nümayəndələri adından müraciət edildi”

Mübariz Mənsimovun sərbəst buraxılması üçün 50 QHT-nin imzası olan və Azərbaycan Respublikasının möhrü vurulan müraciət başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyənin bir sıra aidiyyatı orqanlarına göndərildi. Daha sonra sənəddəki imza və möhürün saxta olduğu aşkarlandı.

Saxta sənəd ilə müxtəlif QHT-lərin adından yazılan bu müraciətin də təşkilatçılığını Seyfullah Türksoyun etdiyi bildirilir. Bu səbəbdən QHT-lərin baş verən qanunsuzluğu məhkəmə müstəvisinə çıxarmağa hazırlaşdığı ifadə edilir".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

COP29-un rəhbər heyəti BMT İDÇK-nın müşahidəçiləri ilə görüşüb

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ən çox oxunanalar