Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda marketlərdə izdiham - Video

Koronavirusa yoluxanların sayının kəskin artması səbəbi ilə dünya təcrübəsinə əsaslanaraq artıq Azərbaycanda da həftə sonlarında küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb...

Rəsmi olaraq 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. İki gün ərzində vətəndaşlar yalnız həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, yaxın qohumların dəfni üçün evi tərk edə bilərlər. Digər halda cərimələr tətbiq olunacaq.

TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı dünən baş tutan mətbuat konfransında belə bir qaydanın tətbiqi ilə bağlı müraciət etdiklərini bildirərək, əhaliyə xəbərdarlıq etmişdi. Qurum rəsmisi, ərzaq mağazaları və supermarketlərə faktiki vəziyyətlə bağlı iş saatlarını bir qədər uzatmalarını tövsiyə edərək vətəndaşları iki günlük lazımi alış-veriş etməyə çağırmışdı. Bildirmişdi ki, supermarketlərdə sıxlıq yaranmamalı və sosial məsafəyə diqqət yetirilməlidir.

İlk qapanma zamanı qonşu Türkiyədə lentə alınmış kadrlarda əks olunanlar ölkəmizdə yaşanmasa da, yenə də bəzi marketlərdə sıxlıqlar müşahidə olundu. Supermarketlərin əksəriyyətində rəflərin boşaldıldığı, müştərilərin eyni məhsuldan 2 və daha çox götürdüyü müşahidə olunur. Hətta lentə alınmış kadrlardan birində bir şəxsin 7 balon turşu aldığı əks olunub və sözügedən hal sosial şəbəkələrdə qınağa səbəb olub. Bununla yanaşı, toyuq məhsulları, makaron, düyü və un məmulatları da bir neçə ədəd olmaqla alınan əsas ərzaqlardandır.

Qeyd edək ki, “Bravo” Supermarketlər şəbəkəsi yaydığı məlumatda Operativ Qərargahın qərarına əsaslanaraq market əməkdaşlarının işlərini yekunlaşdırıb evlərinə çatmasını təmin etmək üçün bu gün saat 21:00-dan bağlı olacağını bildirib. 8 iyun, bazar ertəsi 24/7 rejimində işləyən marketlər saat 08:00-da, digərləri isə öz normal iş saatlarında xidmət göstərməyə başlayacaq.(Qafqazinfo.az)

pia.az


Etiket: marketlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ən çox oxunanalar