Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kəmaləddin Heydərovun atasına müraciət edildi: "Bayram günlərində oğlunuzu görsəniz..."

Lerik rayonu Piran kənd sakini Ərəstun Bayramov Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova müraciət edib...

PİA.az xəbər verir ki, pravda.az-a daxil olan müraciətdə deyilir:

"Lerik rayon Piran kəndində mənə məxsus fərdi yaşayış evim var və hazırda öz ailəmlə o evdə yaşayıram. 12.11.2018-ci il tarixindən etibarən intensiv yağan yağışlar nəticəsində evimdən 10 metr aralıda güclü sürüşmə baş verib. Sürüşmənin eni 30 metr hündürlüyü 80 metr olmaqla hazırkı vaxta kimi davam edir. Evimdə çatlar əmələ gəlib. Həyatımız təhlükə qarşısındadır. Bununla bağlı Fövqaladə Hallar naziri oğlunuz cənab Kəmaləddin Heydərovada müraciət etmişdik. Bir il yazışmalardan sonra 14 noyabr 2019-cu il tarixində FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Təyyar Hüseynli mənə cavab olaraq bildirmişdir ki,"fərdi yaşayış eviniz bərpa-gücləndirməyə ehtiyacı olan evlər siyahısına daxil edilmişdir. Vəsait ayrılacağı halda məsələyə müvafiq qaydada baxılacaq".

Çox hörmətli ağsaqqalımız ümidvaram ki, səsimə səs verib mənə köməklik göstərərsiz. Hazırda ev tamamilə yararsız hala düşüb və yaşamaq mümkün deyil, belə getsə, divarlar dağılacaq nəticədə ağır hadisə baş verəcək və evimin isə bərpası münkün deyil. Bu acınacaqlı şəraitdə 3 ailə bir yerdə yaşayırıq. Sizdən xahiş edirəm, bu bayram günlərində yəqin ki, oğlunuzu görəcəksiz bizim bu acınacaqlı vəziyətimiz haqqında ona danışıb məni 2 ildən artıq süründürməyə salan məmurların əlindən qurtarasız. Bir də necə pul yoxdur ki, pandemiya dövründə dövlət büdcəsinə FHN də pul köçürüb".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar