Şənbə, 08 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-Çin rəqabəti haraya qədər uzanacaq: Dünyamız “Yeni Soyuq Müharibə”yə hazırlaşır?..

2020-ci illərin aqibəti də 1930-cu illər kimi ola bilər və məlum olduğu kimi, həmin illərin siyasi mühiti İkinci Dünya Müharibəsinə səbəb olmuşdu...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 17 may 2020-ci il

Çində qurulan Amerika biznesinin ABŞ-a geri qaytarmaq Donald Trampın 2016-cı ildəki seçki kampaniyasının ən vacib arqumentlərindən biri idi. Trampın ABŞ prezidenti seçilməsi ilə Vaşinqton və Pekin arasında ticarət müharibələri başladı. Tramp Çinin iki ölkə arasındakı ticarətdəki daha böyük pay aldığını əsas gətirərək, Çin mallarına əlavə gömrük tarifləri tətbiq etdi. Çin də Amerika malları üçün eyni şeyi tətbiq etmişdi. İki ölkə arasındakı danışıqlar isə davam edir.

1980-ci illərin əvvəllərindən bəri Çinin yavaş, lakin qərarlı addımlarla iqtisadi cəhətdən yüksəlişinin ABŞ-ın əleyhinə olduğunu deyən, “Qırğıların” bu gün Ağ Evdə daha təsirli olduğu görünür. Əslində, Çinin 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinə üzv olmasında ABŞ-ın böyük payı var. Amerika elitaları düşünürdülər ki, Çinin qlobal iqtisadi sistemə qoşulması zaman keçdikcə Pekinin ideoloji və siyasi sistemini Qərb üslubuna uyğun dəyişdirə bilər. Lakin ABŞ-dakı “Çin qırğılarının” fikrincə, Pekin bu proqnozu sistemli şəkildə istismar edirdi.

Qlobal sistemin qaydaları içində Çinin iqtisadi cəhətdən böyüməsi, onun siyasi sistemini daha da gücləndirib. Pekin, hətta bu vəziyyəti “Çinə məxsus bir yol” kimi önə sürür. Qlobalistlərin düşündüyünün əksinə olaraq, Çin “dəyişmək” üçün öz ideoloji xəttindən kənara çıxmaq istəmir. Bu çərçivədə Çin həm qlobalistlərin, həm də Amerika millətçilərinin müəyyən qədər şiddətli reaksiyası ilə qarşılaşır. Tramp bu iki cərəyan arasında qalıb.

Digər tərəfdən, Çinin yüksəlişi ABŞ-da “qlobalistlər” və “millətçilər” bölgüsünə səbəb olub. Bu gün bu fikir ayrılığı Çin və ABŞ arasındakı gərginliyi daha çox qızışdırır. Bu fikir ayrılığının Ağ Evdə əks olunduğunu tez-tez qeyd etmişdik. Digər tərəfdən, qlobal səhnədə iki ölkə arasındakı gərginliyin “yeni soyuq müharibə” kimi qəbul edildiyini də qeyd etmişik. Amerikadakı “soyuq müharibə” anlayışı bu gün daha çox dilə gətirilir.

Çində yeni ortaya çıxan koronavirusunun qlobal pandemiyaya çevrilməsi ABŞ və Çin arasındakı gərginliyi daha da artırıb. Tramp administrasiyası bu qlobal pandemiyaya görə Pekin rəhbərliyini günahlandırır. Pekinin fikrincə isə Tramp administrasiyası pandemiya ilə mübarizədəki zəifliyini gizlətmək üçün Çini ittiham edir. Hər iki hökumət bir-birinin səhvlərindən maksimum şəkildə siyasi fayda əldə etmək üçün istifadə edir.

“Pandemiya davası”ndakı son hadisə isə ABŞ-ın Çini məlumat oğurluğu ilə ittiham etməsi idi. FBT və Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) çinli hakerlərin ABŞ-da aparılan peyvənd tədqiqatları ilə bağlı məlumatları oğurlamağa çalışdıqlarını açıqlayıb. ABŞ və Çin arasındakı “yeni soyuq müharibə” və ya “soyuq müharibə 2.0” adlandırılan bu strateji rəqabət bütün hərbi, iqtisadi, maliyyə, texnoloji və ideoloji sahələri əhatə edir. İndi isə növbədə “peyvənd müharibəsi” var. Covid-19 peyvəndini tapan ilk ölkə nəinki pul, həm də siyasi nüfuz qazanacaq.

“Covid-19” həm daxildə, həm də dünya miqyasında Pekinlə Vaşintonqun etibarını zədələyib. Pekin pandemiyanın yayılmasının qarşısını ala bilməyib, Vaşinqton isə bir çox səbəbdən bu vəziyyət qarşısında hazırlıqsız qalıb. Hər iki ölkənin iqtisadi itkisi isə çox, çox ağır olub. Bu ağır zərərin qısa müddət ərzində düzəldilməsi mümkün görünmür. Artıq hər iki ölkə və hətta dünyadakı bütün liderlər üçün Covid-19 bir imtahan oldu.

Digər tərəfdən, ABŞ və Çin rəqabəti bütün ölkələrə bu və ya digər şəkildə təsir edəcək. Tramp administrasiyası ABŞ-ın müttəfiqi olan ölkələrə Çinlə texnoloji əməkdaşlıqdan imtina etmələri üçün təzyiq göstərir. Çin də ABŞ-ın təzyiqini azaltmaq üçün öz iqtisadi və maliyyə gücündən istifadə etməkdən çəkinməyəcək.

ABŞ və Çin arasındakı təhlükəli qarşıdurmanın dünyanı 1930-cu illərin şərtlərinə geri qaytara biləcəyini deyənlər də var. Avstraliyanın keçmiş Baş naziri, Çin mütəxəssisi və keçmiş diplomat Kevin Rad da onlardan biridir. Radın sözlərinə görə, mövcud vəziyyət hələ “Soyuq Müharibə 2.0” olmasa belə, “Soyuq Müharibə 1.5" kimi görünür. Bu yaxınlarda Rad “Foreign Affairs” jurnalında yazdığı bir məqalədə qeyd edib ki, əgər ABŞ və Çin səhv qərarlar qəbul etsə, 2020-ci illər 1930-cu illər kimi ola bilər. Məlum olduğu kimi, 1930-cu illərdəki siyasi mühit İkinci Dünya Müharibəsinə səbəb olmuşdu.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Həyat yoldaşını 1-2 milyona “yığdıran” məmur...” - Afaq Bəşirqızı

“Ehtiyatlı ol, Zakir Fərəcov, Adil Vəliyev səni öldürərlər” - Aslan İsmayılov

Toylara icazə verilməsi bu şərtlərlə mümkündür - Şərtlər

SOCAR-da təcili iclas – Rəhbər şurası toplandı

Bakıda yeni doğulan əkizlərdən biri xəstəxanada həkim tərəfindən satılıb - "Sabunçu" xəstəxanası ilə bağlı şok iddia

“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert

Oqtay Şirəliyev və Oqtay Əsədov: Daha bir 6 milyonluq müqavilə

"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"

Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib

Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir

Bu sahələr üzrə işləyənlərin sayına qoyulan məhdudiyyətlər ləğv edildi

loading...

Ən çox oxunanalar