Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan viza məsələsinə görə AB-nin şərtlərini qəbul edəcək?

Hazırkı siyasi şərtlər altında Azərbaycanla Avropa Birliyi arasında “Şərq Tərəfdaşlığı” sazişinin imzalaması mümkün görünürmü?..

Politoloq: “Avropa İttifaqı ilə Azərbaycan arasında viza məsələsi gələn il reallaşa bilər”.

Azərbaycanla Brüssel arasında danışıqlar gedir və iqtisadi, hüquqi və siyasi islahatlara sahəsində İttifaqın irəli sürdüyü prinsiplər üzrə hər iki tərəf ortaq məxrəcə gəlməyə çalışır”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Azərbaycanla Avropa İttifaqı arasında viza rejimi məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Avropa Birliyi Şurası “Şərq Tərəfdaşlığı” ölkələri ilə bağlı qərar qəbul edib. Belə ki, Avropa Birliyinə qısamüddətli səfərlər zamanı “Şərq Tərəfdaşlığı” proqramının Moldova, Gürcüstan və Ukrayna kimi üzvlərinin vətəndaşlarına viza tələb olunmur. Ermənistan, Belarus və Azərbaycan vətəndaşları isə bu zaman viza almaöa məcburdurlar. Avropa Birliyi bu ölkələrlə viza rejimini ləğv etmək üçün şərtlər irəli sürüb: “Avropa Birliyi ilə bu ölkələr arasında viza rejiminin liberallaşdırılması barədə danışıqlar şərtlərin imkan verdiyi uyğun zamanda baxılacaq”.

Avropa Birliyi Şurası “Şərq Tərəfdaşlığı” ölkələrindən sığınacaq almaq üçün əsassız müraciətlərin çoxluğunu isə narahtedici məqam adlandırıb.

Hazırkı siyasi şərtlər altında Azərbaycanla Avropa Birliyi arasında “Şərq Tərəfdaşlığı” sazişinin imzalaması mümkün görünürmü və Azərbaycan AB-nin irəli sürdüyü şərtləri qəbul edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycanla Avropa Birliyi arasında bu il ərzində saziş imzalanmasa da, 2021-ci ildə bu saziş bağalanacaq”.

Bürsselin Şərq Tərəfdaşlığı ölkələri ilə bağlı qərarında bir neçə nüansların təsbit edildiyini vurğulayan politoloq PİA.az-a açıqlamaslnda əlavə edib ki, sazişdə ərazi bütövlüyü və beynəlxaq hüququn təsbit edilməsi ilə bağlı müddəalar Azərbaycanın maraqlarına cavab verir:

Azərbaycanla Avropa İttifaqı arasında “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlıq edir. Bu tərəfdaşlıq çərçivəsində tərəflər arasında bir çox müqavilələr bağlanıb və iki tərəf üzərinə götürən öhədəlikləri yerinə yetirməyə çalışır.

Qeyd edim ki, Bürsselin “Şərq Tərəfdaşlığı” ölkələri ilə bağlı qərarında bir neçə nüanslar təsbit edilib. Burada ərazi bütövlüyü və beynəlxaq hüququn təsbit edilməsi ilə bağlı müddəalar Azərbaycanın maraqlarına cavab verir. Demək olar ki, bu qərarda strateji əhəmiyyət kəsb edən bütün maddələr rəsmi Bakını qane edir. Burada insan haqqları, demokratiya barədə tezislərlə bir çox məsələlər var. Bu istiqamətdə Bürssel-Bakı arasında dialoq davam etdirilir və irəlləyişin əldə edilməsi vurğulanır. Hətta qərarda bu irəlləyiş alqışlanır.

Viza məsələsinə gəldikdə isə, Ukrayna, Gürcüstan və Moldova ilə bağlı qərarda bu ölkələrə viza rejimi ləğv edilməsi, həmin ölkələrin Avropa Birliyi ilə sıx əməkdaşlığından irəli gəlir. Görünür şərtlər yerinə yetirilib. Belarus və Ermənistan Rusiyanın təsir zonasındadır və bu ölkələrin şərtləri yerinə yetirməsi reallaşmayıb. Baxmayarq ki, Avropa Birliyi ilə assosativ saziş bağlanıb. Görünür, Ermənistanda vəziyyət daha da acınacaqlı durumdadır.

Məhəmməd Əsədullazadə: “Tərəflərin sazişi bağlanmasına dair danışıqları müsbət həllini tapacaq”.

Azərbaycana gəldikdə isə, hələ ki, bu istiqamətdə tərəflər arasında danışıqlar gedir. Çərçivə sazişinin müddəalarının 90% razılaşdırlıdığı qeyd edilir. Hesab edirəm ki, bu il ərzində saziş imzalanmasa da, 2021-ci ildə bu saziş bağalanacaq. Viza rejimin qaldırılması məsələsi gələn il reallaşa bilər. Azərbaycanla Brüssel arasında danışıqlar gedir və iqtisadi, hüquqi və siyasi islahatlara sahəsində İttifaqın irəli sürdüyü prinsiplər üzrə hər iki tərəf ortaq məxrəcə gəlməyə çalışır.

Prezident İlham Əliyev də çalışır ki, iqtisadi və sosial sahədə ağır şərtlər yüngülləşsin. Hesab edirəm ki, tərəflərin sazişi bağlanmasına dair danışıqları müsbət həllini tapacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket: Viza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Ən çox oxunanalar