Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan mediasından şok iddia: Elmar Məmmədyarov müxalifət lideri ilə əvəzlənir...

Hakimiyyətdən 234 min manat məbləğində kompensasiya və bəraət alan ReAL liderini ermənilərin “Lragir.am” saytı da vəzifə ilə “mükafatlandırıb”...

Xəbər verdiyimiz kimi, aprelin 23-də Ali Məhkəmənin Plenumunda ReAL Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Nədənsə bu xəbərdən ölkədəki “ReAl”çılardan daha çox erməni saytları qeyzə gəlib, artıq ona vəzifə də biçiblər. AzToday.az xəbər verir ki, “lragir.am” saytı “Məmmədyarovun yerinə kimin təyin ediləcəyi artıq məlumdur?” başlıqlı xəbərdə parlamentdə XİN rəhbərinə qarşı deputatlardan bir neçəsinin çıxışını nazirin yola salınacağı kimi yozub:

Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa ölkəsinin xarici işlər naziri Elmar Məmməmədyarovu səriştəsizlikdə və Qarabağ nizamlanması ilə bağlı siyasət yürütmək sahəsində Prezident İlham Əliyevə kömək edə bilməməkdə günahlandırıb. Azərbaycanlı deputat Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin Qarabağla bağlı “ümidverici” açıqlamalar verdiyini, Ermənistanın xarici işlər nazirinin isə ona danışıqlar prosesini darmadağın etməklə cavab verdiyini və bundan sonra azərbaycanlı nazirin həmsədrlərlə yalnız karantin və barışıq barədə danışdığını xatırlatmaqla onu “dişsizlik”də ittiham edib.Göründüyü kimi, Məmmədyarovun istefası gözlənilir və onun yerinə son dərəcə gözlənilməz bir şəxs təyin edilə bilər”.

Daha sonra erməni saytı Azərbaycan Ali Məhkəməsi tərəfindən gözlənilmədən müxalifət partiyasının lideri İlqar Məmmədova qanunsuz həbs və mənəvi ziyana görə 234 min manat məbləğində kompensasiya ödənilməklə əvvəlki qərarların hamısının ləğv edilməsi və bəraət verilməsini xatırladaraq İlqar Məmmədovun Azərbaycanın xarici işlər naziri təyin ediləcəyini iddia edib

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - Foto

Ən çox oxunanalar