Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pirallahı İcra Hakimiyyəti Kamil Zeynallını rayondan qovdu - İcra Başçısının "dərdi nədir?"

Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslərə yardımlar edilməsinə mane olur...

“Pirallahı İcra Hakimiyyətinin başçısı ağır durumda yaşayan şəxslər yardımlar edilməsinə mane olur. Hətta bu işi həyata keçirən şəxsləri təhdid etdirir”.

Bunu ağır durumda yaşayan şəxsləri tapıb onlara yardımlar paylamaqla sosial şəbəkələrin fovaritinə çevrilən Kamil Zeynallı son yaydığı videoda bildirib.

Qeyd edib ki, karantin rejimində maddi vəziyyəti ağır olan ailələrə yardım etmək üçün İnci adlı xanımın təklifi ilə Pirallahı rayonuna gedib. Rayon ərazisində 3-4 kvadratmetrlik daxmada yaşayan 6 nəfərlik ailəni görəndən sonra onlara ev tikmək qərarına gəlib. Bu işə bir neçə xeyriyyəçi də qoşulub. Hər şey hazır olanda icazə almaq məqsədilə İcra Hakimiyyətinə üz tutub, ancaq icra başçısının müavini ona bildirib ki, həmin ərazidə yaşayış qanunsuzdur və yaxın müddət ərzində daxma da söküləcək. K.Zeynallı ailəyə ev tikmək üçün rayon ərazisində 2 sot torpaq verilməsini istəyib. Ancaq istəyi müsbət qarşılanmayıb.

K.Zeynallının iddiasına görə, bütün bunlardan sonra İnci xanım İcra Hakimiyyətinə çağırılıb və ona qarşı təzyiqlər olub. İcra Hakimiyyətindən ona “sən kimsən ki, bizim işlərimizə qarışırsan? Niyə özünü reklam edən o Kamili rayon ərazisinə çağırmısan” kimi iradlar bildiriblər. İnci xanım isə K.Zeynallıya zəng edərək, xahiş edib ki, qorxur, buna görə də onun rayon ərazisindən getməsini istəyir”.

Pirallahı rayonunun icra başçısı Vasif İmanova səslənən K.Zeynallı onu əhalinin güzəranı ilə maraqlanmamaqda, hətta xeyriyyə işlərinə mane olmaqda ittiham edib. O bildirib ki, oturduğu kürsü V.İmanovun atasından qalmayıb, bu vəzifəyə ölkə başçısı tərəfindən xalqa qulluq etmək üçün təyin olunub. Ancaq başçı bu problemləri özü həll etməkdənsə, yardım etmək istəyənlərə də mane olur.

Məsələ ilə bağlı İH-dən münasibət öyrənmək cəhdlərimiz baş tutmadı.

K.Zeynallının iddialarını daha geniş formada təqdim etdiyimiz videodan izləyə bilərsiniz: (“BakuPost”)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan var

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

TikTok sahibi sosial şəbəkəni satmaqdansa, onu ABŞ-da bağlamağa üstünlük verir

Yuliya Timoşenko: Bu qadağa Ukraynada xaosa səbəb olub

Ən çox oxunanalar