Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinə yeni rəis təyin olunub...
"Report"un Qərb Mərkəzinin məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Vüqar Qabil oğlu Qarayev Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, V.Qarayev bundan əvvəl Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili olub.
pia.az