Cümə, 05 İyun 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qlobal pandemiyaya qarşısında aciz qalan ABŞ super güc titulunu itirir...

Koronavirus pandemiyası onu göstərir ki, ABŞ hegemoniyasının sona yaxınlaşması iqtisadi və hərbi gücə görə deyil, daha çox Trampın həqiqi qlobal böhranın öhdəsindən gələ bilməməsi ilə əlaqədardır...

Patrick Cockburn

“The Independent” qəzeti, 2 aprel 2020-ci il

ABŞ koronavirusun yayılması ilə mübarizə apara bilməyərək özünü “Çernobil anı”na doğru sürükləyə bilər. 1986-cı ildə Sovet İttifaqında baş vermiş bir nüvə qəzassışqırmızı imperiyanın sonunu gətirdiyi kimi, koronavirus fəlakəti də ABŞ-ın dünyadakı hegemonluğunu yox edən uğursuzluqlarını ortaya qoymaqdadır. Pandemiyanın nəticəsindən asılı olmayaraq, bu gün heç kim böhranın həllini Vaşinqtondan gözləmir.

ABŞ-ın təsirinin necə azaldığına bu həftə dünya liderlərinin keçirdiyi virtual görüşdə şahid olduq. ABŞ əsas olaraq Çini koronavirusa görə günahlandırmaq üçün tərəfləri “Vuhan virusu” ifadəsinin qeyd edildiyi bir bəyanatı imzalamağa razı salmaq istədi. Prezident Tramp başqalarını ləkələməklə bütün diqqəti öz çatışmazlıqlarından yayındırmağa çalışır. Arkanzasın Respublikaçı senatı Tom Kotton: “Bu xəstəliyi bütün dünyaya yayan Çindir və buna görə də indiki vəziyyətdən Çin cavabdeh olmalıdır”, deyərək Trampın fikrini müdafiə edib.

ABŞ-ın uğursuzluğu Trampın zərərli siyasi üslubundan belə daha kəskindir. İkinci Dünya Müharibəsindən bəri davam edən Amerika hegemoniyası ABŞ-ın beynəlxalq problemləri inandırma və ya güc yolu ilə həll etməsinə əsaslanır. Ancaq Vaşinqtonun Covid-19-un qarşısını ala bilməməsi artıq vəziyyətin dəyişdiyini göstərir. Bu dəyişiklik çox vacibdir. Çünki Sovet İttifaqı, Britaniya imperiyası və ya müasir ABŞ kimi rejimlər manipulyasiyadan istifadə edirlər. Öz imiclərini heç vaxt sınağa çəkməzlər, çünki uğursuz görünmək istəməzlər. Şişirdilmiş ingilis gücü barədə mif 1956-cı ildə Süveyş Böhranında məhv olmuşdu. Eyni hadisə 1980-ci illərdə Əfqanıstandaki müharibədə Sovet İttifaqının da başına gəlmişdi.

Trampın Amerikası üçün koronavirus böhranı da eynilə Süveyş və Əfqanıstandakı vəziyyətə bənzəyir. Şübhəsiz ki, bu böhranlar planetdəki hər kəsin özünü təhlükədə hiss etdiyi Covid-19 pandemiyası ilə müqayisədə çox kiçik görünürlər. Bu qədər böyük bir böhranla üzləşən Tramp administrasiyasının məsuliyyətli şəkildə liderlik edə bilməməsi ABŞ-ın dünyadakı mövqeyinə olduqca zərbə vurur.

ABŞ-dakı güc itkisi tez-tez Çinin yüksəlişində müşahidə olunur və Çin ən azından indi öz epidemiyasını nəzarət altına ala bilib. Çinlilər İtaliyaya əleyhqaz və tibb qrupları, Afrikaya isə maskalar göndəriblər. İtalyanlar digər AB ölkələrinin İtaliyanın tibbi cihazlar üçün etdiyi müraciətə fikir vermədiyini və yalnız Çinin bu çağırışa cavab verdiyini bildiriblər. Çinli yardım təşkilatı fransızca, flamandca və çincə “Birlik gücləndirər” sözləri yazılmış konteynerlərlə Belçikaya 300 min maska ​​göndərib.

Böhran başa çatdıqda bu cür “yumşaq güc” təcrübələrinin təsiri məhdudlaşa bilər, lakin bu böhranın sona çatması üçün xeyli vaxt lazım olacaq. Bundan əlavə, böhran davam edərkən Çinin kritik bir anda ciddi avadanlıq və təcrübə təmin edə bildiyi, ABŞ-ın isə bunu edə bilmədiyi açıq şəkildə görünür. Bu yeni dəyişikliklər bir gecədə yox olmayacaq.

II İkinci Dünya Müharibəsindən bəri ABŞ-ın gücünü itirməsi ilə bağlı şayiələr həmişə olub. Lakin əksinə Amerika imperiyasının geriləməsi gecikməyə davam etdi və ABŞ başqalarının, xüsusən də Sovet İttifaqının daha sürətli şəkildə gücünü itirməsinə şahid oldu. “ABŞ gücünü itirir”, fikrini tənqid edənlər qeyd edir ki, ABŞ dünya iqtisadiyyatına artıq əvvəlki qədər hakim olmasa belə, hələ də qlobal miqyasda 800 hərbi bazaya və 748 milyard dollar büdcəyə sahibdir.

Bununla belə, ABŞ ordusunun Somali, Əfqanıstan və İraqdakı müharibəni qazanmaq üçün texniki gücündən istifadə edə bilməməsi böyük xərclər müqabilində nə qədər az şey qazandığını göstərib.

Davakar ritorikasına baxmayaraq, Tramp heç bir müharibəyə başlamayıb və Pentaqondan çox, ABŞ Malliyə Nazirliyinin gücündən istifadə edib. İrana qarşı sərt iqtisadi sanksiyalar tətbiq edən və digər ölkələri iqtisadi müharibə ilə hədələyən Tramp ABŞ-ın dünya maliyyə sisteminə nəzarət səviyyəsini nümayiş etdirib.

Ancaq ABŞ-ın iqtisadi və hərbi güc olaraq yüksəlməsi və ya zəifləməsi ilə bağlı mübahisələr daha vacib bir məsələni kölgədə qoyur. Koronavirus böhranının göstərdiyi kimi, ABŞ-ın qlobal güc mövqeyindəki geriləməsi silahdan və puldan çox, Trampla əlaqəlidir.

Sadəcə olaraq, ABŞ artıq dünyadakı digər ölkələrin təqlid etmək istədiyi bir ölkə deyil. Hətta təqlid etmək istəsələr belə, bu təqlidçilər avtoritar millətçi demaqoq və ya despot olmağa meyllidirlər. Təqlidçilərin heyranlığı səmimiyyətlə qarşılanıb: Trampın hind millətçisi və Hindistanın Baş naziri Narendra Modini bağrına basmasını, həmçinin Şimali Koreyadakı Kim Yunq və Səudiyyə Ərəbistanındakı vəliəhd Məhəmməd ibn Salman kimi gənc tiranlarla dostluq etdiyini xatırlayın.

Bu pandemiya əvvəlcə demokratik görünən və eynimzamanda despot olan hökmdarları gücləndirəcək. Çünki ciddi böhran dövründə hər kəs öz hökumətini nə etdiyini bilən bir xilaskar kimi görmək istəyir.

Lakin Tramp və dünyadakı həmkarları əsl böhranlarda, əsasən uğursuz olurlar, çünki onlar etnik və məzhəb nifrətini istismar edərək, əleyhdarlarını günahkar elan edərək və pafoslu uğur hekayələrini şişirdərək iqtidara yüksəlirlər.

Buna misal olaraq, rəqiblərini və mediasını əhaliyə koronavirus təhlükələri ilə bağlı yalan məlumat vermıkdə ittiham edən Braziliyanın radikal sağçı prezidenti Jair Bolsonaronu göstərmək olar. Hökumət Rio-de-Janeyroda hər hansı bir təcrid tətbiq etməyə laqeyd yanaşdığı halda, ən azı üç kasıb məhəllədə yerli narkotik kartelləri saat 20:00-dan etibarən komendant saatı elan edib və bu qanunu tətbiq etməyə başlayıblar.

Tramp Amerika cəmiyyətindəki ayrı-seçkiliyi gücləndirməkdə və Mərkəzi Amerika mühacirlərinin Birləşmiş Ştatlara köçməsinə mane olab o məşhur divarın tikilməsi kimi ağılsız həll yolları tapmaqda həmişə uğurlu olub. Lakin indi o, əsl böhranla üz-üzədir və bunun üzərində qumar oynayır. Trampın populyarlığı anketlərdə artır, çünki vəziyyətdən qorxan insanlar pis xəbər əvəzinə yaxşı xəbərlər eşitməyə üstünlük verirlər. Xəstəlik bu ana qədər Nyu York, Boston və Trampın əvvəllər çox da dəstəklənmədiyi digər şəhərlərdə ciddi dərəcədə artım göstərib. Virus bu sürətlə Texas və Florida bölgələrində də yayılarsa, Tramp əsas tərəfdarlarının da sədaqətini əlindən çıxara bilər.

ABŞ-ın bir ölkə olaraq zəifləməsinin səbəbi siyasi parçalanmasıdır və Tramp hakimiyyətdə olduğu müddətdə bu bölünmə daha da dərinləşəcək. Tramp bu günə qədər ciddi böhranları qızışdırmaqdan çəkinib və indi koronavirus pandemiyasındakı zəifliyi bu addımının məntiqlidir olduğunu göstərir. O, onsuz da qütblərə bölünmüş bir ölkəni daha da qütbləşdirir. ABŞ-ın öz gücünü itirməsinin əsl səbəbi məhz budur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kimlər "KQB"nin agenti olub? – Sülhəddin Əkbər açıqlayır

Həftəsonu fəaliyyətinə icazə verilən qurumlar - Siyahı

Azərbaycanda hər gün 170 nəfər ölür - TƏBİB

“Tutuquşu kimi qonşu ölkələr nə etdisə, onun təkrar etməməlidilər”

Bakıda sabah dövlət qurumları 14:00-a qədər işləyəcək - Rəsmi

Prezident İlham Əliyevin iştirakı ilə Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb - Yenilənib

Azərbaycanda qız övladı olan ailələrə şad xəbər

Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib- Yenilənib,Fotolar

loading...

Ən çox oxunanalar