Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda uşaq övladlığa götürən əcnəbilərə hüquqi yardım göstərən orqanlara dair tələblər müəyyənləşib

Nazirlər Kabinetindən müvafiq qərar...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yarım ildən bir Nazirlər Kabinetinə ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar və “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Haaqa Konvensiyasının iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün verilən icazələr barədə hesabatları təqdim edəcək.

PİA.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası”nda müvafiq dəyişiklik edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən akkreditə edilmiş orqanların xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün verilmiş razılıqlar və əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə də yarım ildən bir Nazirlər Kabinetinə hesabat təqdim olunacaq.

Akkreditə edilmiş orqan övladlığa götürmə haqqında məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən uşağın yetkinlik yaşına çatmasına qədər olan müddətdə övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə hesabatları təqdim edəcək.

Qeyd edək ki, bu Qayda ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardım göstərən orqanların akkreditasiya qaydasını, övladlığa götürmə ilə bağlı həmin orqanların hüquq və vəzifələrini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardımın göstərilməsi şərtlərini müəyyən edir, övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı Azərbaycan Respublikasının dövlət orqanlarının məlumatlandırılması qaydasını, bu sahədə akkreditə edilmiş hüquqi şəxslərin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasının ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım mərkəzi orqanın akkreditə etdiyi orqanlar tərəfindən həyata keçirilə bilər. Akkreditə edilmiş orqanın fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır. Akkreditə edilmiş orqan övladlığa götürmə ilə bağlı əsassız maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz. Akkreditə edilmiş orqana yalnız övladlığa götürmə ilə bağlı xərclər, o cümlədən hüquqi yardımın göstərilməsi, işçilərin əməkhaqqı, sənədlərin tərtibatı, övladlığa götürülmüş uşaqların həyatı barədə məlumatların toplanılması üçün zəruri olan maliyyə vəsaitləri ödənilir. Akkreditə edilmiş orqanın övladlığa götürən şəxslərə göstərdiyi xidmətlərin dəyəri onlar arasında bağlanan müqavilə ilə müəyyən olunur. Akkreditasiya iki il müddətinə verilir.(APA)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb

Ən çox oxunanalar